Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
50 страница из 81
Kamil maşının sürətini artırdı, Aylınin yanına çatmağa tələsirdi çox əsəbiydi arvadın dediyi sözlərə görə, öz – özünə: artıq sən yolunu yaxşıca azdın Sənubər xanım.
Aylında arvadın bilərəkdən qırıq finçanı qoyaraq etdiyi pisliyinə görə və, üstəlikdə gəlib özünü gözünün içinə baxaraq təhtid etməsinə çox əsəbləşmişdi. Əlindən süzülüb dəsmaladan axan qanını unudub, bir nöqtəyə gözlərini zilləyib baxırdı əsəblə, arvadın səsı qulağinda cingildəyirdi hələdə, öz – özünə: nə etdim axı mən sənə? bu qədər qəddar oldun sən mənə qarşı. «Aylına düşünürdü, həyatda bir insanın, o biri insana qarşı bu qədər qəddar olmasında ciddi bir səbəb olmalıydı, əks halda bəlkədə düşmən belə alçaqlığı etməzdi».
Ramiz otağından çıxıb aşağı gəlirdi Kamil gəldi qaçaraq, bir söz demədən mətbəxtdə tərəf qacdı getdi, Ramiz öz – öünə: nə olur burda? Kamilin ardınca qaçaraq mətbəxtdə getdi. Kamil gəlib Aylının əlindən necə çox qan axdığını gördü həyəcanlandı, özünü itirmədən başqa dəsmalla Aylının əlini sarıdı tutub. Ramizdə gəldiyində gördü yerə tökülmüş qanı, – olara: nə olur burda? Aylının əlini Kamil sarıdığında anladı ki, əlini kəsdiyini. Ancaq Kamilin hardan xəbəri olduğunu anlaya bilmədi hələlik, Kamil – Aylına: Aylın gedək həkimə baxsın əlini pis kəsmisən. Aylın fikirdən ayılıb Ramizlə – Kamilə baxdı. Kamil anlamışdı Aylının şokda olduğunu, – Aylına: əlinə baxsın həkim gedək qolundan tutub apardı Aylını. Ramiz masanın üstündən yerə axan qana baxa qalmışdı, tez mətbəxtdən çıxıb ardlarınca getdi. Aylın əlini sıxaraq tutub getdiyi yerdən dayanıb baxdı, – Kamilə: mən getmirəm heç yerə, gərək deyil mənə yardım – həkim, zəhmət çəkmə. Qolunu Kamilin əlindən çəkib öz otagına getdi. Ramiz – Kamilə: nə oldu əlinə, niyə kəsmiş? Kamil – Ramizə: onu həkimə apamaq lazımdır, sonra danışarıq qalanını.