Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
51 страница из 81
Aylının ardınca gəldilər otağa, Aylın – Ramizə: mənə ilac qutusunu gətirsənə zəhmət olmasa. Ramiz tez otaqdan çıxıb ilac qutusunu gətirməyə getdi, Kamil Aylına baxırdı çarəsiz baxışlarla. Aylın hələdə fikirli idi, yadından çıxmırdı arvadın dediyi ağır sözlər ürəyinə toxunmuşdu. Kamil dərindən nəfəs alaraq – Aylına: gedək həkim baxsın əlini dərin kəsmisən, belə qanın dayanmayacaq. Aylın başıyla yox deyə işarə etdi, – Aylına: mən bilirəm hər şeyi eşitdim, Ramiz içəri əlində ilac qutusuyla girdiyində, Kamilin dediyi sözü eşitdi. Ramiz – Kmilə: nəyi bilirsən sən? məndə bilə bilərəmmi, Aylının əli kəsiləndən başqa nələr olur burda. Aylın əlindən qutunu götürüb amağa çalışdı bir əliylə alınmadı, Kamil yaxınlaşıb cəld kömək etdi. Açdı içindən lazım olan ilacı – binti götürdü, Aylın əlinə sarınmış dəsmalı açarkən heç ağrısına fikirdə vermirdi. Qan yerə tökülməsin deyə açdığı dəsmalı əlinin altına tutdu. Kamil – Aylına: icazə ver yardım edim xayiş edirəm bunada yox demə, Ramiz Aylının dərin kəsilmiş əlinin yarasını görüb pis oldu. Əlini gözlərinin üstünə tutub – Aylına: off nə etdin canim sən, belə ehtiyatsızlıqmı olar? Kamil əsəblə – Ramizə: o bilərəkdən kəsməmiş əlini, yardım etmişlər kəsilməsinə. Ramiz anlamadı baxdı sual dolu baxışlarla Kamilə, Kamil əlindəki ilcdan Aylının əlinin yarasına töküb – Aylına: kəsilməsinə yardım etmişlər, elə deyilmi? üzünə baxdı. Aylında Kamil belə dediyində baxdı ona təcüblə, hardan bildi əlinin arvad tərəfindən kəsilməyə səbəbinin olduğunu? birdən xatırladı son anda Kamildən zəng gəldiyini və, telofonu açaraq cavab verməyə imkan tapmadığını. Aylın – Kamilə: sus Allahın xətrinə sıx dilini dişlərinə, Ramiz Kamilin qolundan tutub özünə tərəf çevirdi üzünü, – Kamilə: nə olur burda? nəyi deməyəcəksən dişinə sıxaraq susacaqsanmış. Kamil Ramizin gözlərinin içinə baxaraq, mənim səndən gizlin saxlayacaq bir şeyim yoxdur dostum. Aylının əlinin belə kəsilməsində ananın əli var, o qoymuş qabların içinə qırıq fincanı. Sonrada Aylını qabları yumağa çağırmış, bravo gözəl qurmuş tələsini alqışlar əksikdir. Ramiz Kamilin yaxasından tutub acıqlandı, sən nə deyirsən? agzından çıxanı qulağın duyurmu sənin? Kamil Ramizin əlini əsəblə yaxasından qırağa çəkib, cibindən telofonunu çıxardı. Kamil – Ramizə: mən sübutsuz söz deməyi sevmirəm bilirsən məni, al dinlə son zəngimdə yazılıdır hər şey. Telefonunu verdi – Ramizə: mən qıza yardım edən arada, ananın tam danışığını dinləyə bilərsən, tamammı? yaxınlaşıb Aylının əlininin qanını silib ilac damladıb, yarasını yudu. Binti götürüb tələsərək əlini sarımaga başladı k,i axan qanı saxlaya bilsin. Aylın əlini sarıyan Kamilin üzünə baxaraq, niyə dedin deyə üzündə narazı bir ifadə yarandı. Kamil əsəbi və çox kefsiz idi bu olanlardan, Aylınin heç üzünədə baxmırdı əlini baglamaga davam edirdi.