Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 52

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

52 страница из 81

Ramiz kənara gedib anasının sısini dinləyirdi telefonu qulağına tutub, dinlədikcə dəhşətə gəlirdi, üzünün ifadəsi dəyişirdi. Birdən bagiraraq telefonu götürüb otaqdan çıxıb getdi, Aylın səslədi ardınca – Ramizə: qayıt hara gedirsən? Aylın – Kamilə: durdur onu. Kamil elə bil heçnə eşitmirdi, əlini sarıyıb düyümlədi bintin uclarını. Aylın ayağa qalxıb Ramizin ardınca getmək istədikdə, Kamil çiynindən tutub geri otuzdurdu imkan vermədi, Aylın Kamilə baxdı. Kamil – Aylına: inan ki o getməsə mən gedecəkdim, Aylın nə isə demək istəyirdi imkan vermədi, Kamil o qədər əsəbi idi başıyla işarə etdi ki, heç bir şey deməsin. Aylının əlini sarıyanda köynəyinə qan ləkəsi dəymişdi görməmişdi. Aylın Kamilin köynəyinə bulaşmış qan ləkəsinə baxıb nə isə demək istədi, ancaq demədi susdu.


Anası otağında telefonla danışırdı, Ramiz qapını döymədən içəri girdi əsəblə, anası dönüb baxdı oğluna təcüblə ki, bu nə ədəbsizlikdir mənasında. Telefonu kənara tutub – Ramizə: bu nə mədənyətsizlikdir? Ramiz o qədər əsəbi idi ki, anasının əlindən alıb telefonu kənara tulladı. Anası oğlunun üzünə baxdı, – Ramizə: sən nə edirsən? bu nə həddir aşırsan? Ramiz anasının üstünə – üstünə yeriyərək, dişlərini bir – birinə sıxaraq, -ansına: sən həddini aşanda heçnə olmur hə? sənə olar hədd aşmaq eləmi? hətta o qədər aşarsan ki, başqalarının qanını axıtmaqdan həzz alarsan. Sən manyaksanmı? anasına elə bagırdı ki, oğlunun yüksək səsindən qorxdu səksəndi, – anasına: Aylının əlini kəsməkdə yardımcı olduğundan xəbərim var, anası tez özünü təmizə çıxarmağa çalışdı. Bax sən ifritəyə, əlini özü kəsib mənimi günahkar hesab edir? məni sənlə düşman salır oğlum, inanma ona. Ramiz bagırdı anasına suss danışma, burda ifritə varsa oda sənsən ana sən, duydunmu? başqa heç kimi günahlandırma, ifritəlikdə yerini tutan olmaz sənin. Sənə inamım itdi lənət olsun sən məni itirdin ana, anlaya bilirsənmi dedklərimi? oğlunu itirdin, sənə ana deməyə dilim belə gəlmir artıq. Bezdim sənin oyunlarından acı sözlərindən bezdim, bezdim, bagırdı! – Ramizə: mən indi ona göstərərəm şər atmaq nə deməkdir, getmək istədikdə Ramiz qolundan tutub qarşısında saxladı, əsəblə anasının qolunu bərk sıxaraq buraxmadı. Dur hələ hara gedirsən? telefonda yazılan səsini dinlətdi özünə, oğlunun əlində sıxılıb qalmış qolu acıyırdı, qorxusundan dartınada bilmirdi. Telefondakı Aylını təhtid etdiyi sözlərini dinlətdirdikcə, bi ixtiyar anasının qolunu birazda bərk sıxırdı. Anası oğlunun əlindən qolunu çəkməyə çalışdı, gücü yetmirdi qalmışdı çıxılmaz vəziyyətdə, nə deyəcəyinidə bilmədi artıq sübut vardı əlində, – Ramizə: oğlum qolumu acıtirsan burax. Ramiz dişlərini bir – birinə sıxaraq, – anasına: sən hər kəsin canını hər gün, hər saat acıtırsan, anasının qolunu buraxıb nifrətlə baxdı gözlərinə. Anası oğlunun baxışlarından anladı ki, hər şey pisliyə dogru gedirdi və əməllərinə görə gözdən düşürdü, artıq üzünün maskasını dəyişmək zamanı çatmışdı.

Правообладателям