Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 46

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

46 страница из 81

Aylın küskün baxışlarla baxıb, – Ramizə: mənə pul lazım deyil səhv anlama məni, işləmək istəyirəm anlayırsanmı? pulsuzda çalışaram, inan təki başımı qatacağım bir işim olsun yetər. Ramiz – Aylına: mən anlayıram səni, sən bunu birdə get atama anlat və həmdə pulsuz çalışmaq istədyinidə de, icazə verməyəcək nə cür çalışmaq istəsəndə. Bax mən sənə bu haqda kömək edə bilməyəcəm bağışla, Aylın kefsiz ayağa qalxdı – Aylına: otur filim izləyək, hara gedirsən? Aylın dərindən nəfəs alıb – Ramizə: mənim həyatım elə filimə bənzərdir. Başqalarının yazdıqlarına baxmağa həvəsim yoxdur sən izlə, otaqdan çıxdı getdi. Ramiz bilirdi Aylın sıxılır, işləməklə anasından biraz kənar olmaq istəyirdi. Ancaq atası bilmirdi ki, arvadı hər gün qızı acılayaraq ilan kimi zəhərini axıdırdı canına – qanına, gizlədirdilər ondan olanları məcbur. Ramiz əlini üzünə çəkib baxdı, onunda artıq filim izləməyə həvəsi qalmadı, öz – özünə: belə izləyəcək filimin mən, sözünün ardını demədi baxdı peşman baxışlarla.


Aylın otağına gəlib yerinə uzandı, anası gilin rəsmini götürüb baxdı kövrək səslə, nə olar mənidə yanınıza aparın tək sizsiz darıxıram, bi çarəyəm. Birdən rəsimə baxıb bir ay qabaq Məliyin dediyi sözü xatırladı, ananın yarımçıq qalan işini sən bitirəcəksən qızım, yerində oturub fikirləşdi öz – özünə: nə işdi o elə? tez yerindən qalxıb otaqdan çıxıb getdi.

Правообладателям