Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
48 страница из 81
Kamil bacısına imtahanlarına hazırlaşmasında kömək edirdi, bacısı cox yorulmuşdu, – Kamilə: qardaşım qalsın sonra edərik qalanını yoruldum mən, qalxıb getdi otaqdan. Kamildə yorulmuşdu oturmaqdan, qollarını açıb bədənini açdı biraz dartınıb, masanın üstən telefonunu götürüb Aylının nömrəsini tapıb baxdı, öz-özünə: nə edir görəsən yazıq qız? Nərgiz qapını açıb – qardaşına: yemək vaxtıdır gəl. Qapını örtüb getdi, Kamil fikirləşirdi zəng edimi – etməyimi Aylına? dərindən nəfəs alıb düşündü.
Aylın mətbəxtdə qabları yuyrdu, arvad qabların içinə bilərəkdən sınmış fincan qoymuşdu ki, Aylının əlini kəssin, pisliyinin həddi – hüdudu yox idi yazığa qarşı. Aylın fikirli olduğundan görmədi, fincanı yumaq istədikdə əlinin içini çox pis kəsdi qanatdı. Qanı axdı qabların üstə tez əlini dəsmala sarıyıb tutdu, bu vaxtdı telefonuna zəng gəldi. Dayısı olduğunu düşünüb obir əliylə telefonunu çıxardi cibindən baxdı, Kamildən idi gələn zəng, telefonu açıdı ancaq qulağına yaxınlaşdırıb cavab verməyə imkan tapmadı, arvad gəldi. Əlinimi kəsdin? – arvada: hə sınıq fincan varmış yuyulacaq qabların arasında, görmədim ehtiyatsızlıqdan əlim kəsildi. Arvad yaxınlaşıb kinlə gülümsədi, – Aylına: hələ çox şeylər olacaq sənə, o fincan sənə kiçik bir billdiriş idi, unutma birdəkində daha böyük xətalar olacaq sənə. Aylın – arvada: canınız sagolsun xanım, dayımın xətrinə canımdan belə keçərəm mən bilirsiniz. Nə edim başqa çarəm yoxdur ki? dözməliyəm məcbur sınıq fincanlarınıza və sizin tərəfinizdən qurulacaq nəməlum başqa xəta – bəlalı oyunlarınıza. Siz birdəki qurduğunuz tələni ciddi edin ki mən sag qalmayım, belə xırda – para kəsiklərlə zülüm çəkməyim, sizdə dəyərli vaxdınızı sərf etməyin mənə. Arvad – Aylına: oda olacaq canını heç sıxma sən, yavaş – yavaş zülümlə son qoyacam sənin həyatına heç şüphən olmasın, sənə rahat ölüm haramdır. Zəhər yağan sifətini döndərib heç yardım etmədən mətbəxtdən getdi. Aylın unutmuşdu telefonu açıq idi cavab verməyə imkan tapmamışdı, telefonu masanın üstə qoyub əlinə baxdı. Qan sarıdığı dəsmaldanda süzülüb axırdı, Aylın öz – özünə: gözləyəcəm o günü səbrsizliklə, əlindən gələni ardına qoysan haram olsun sənə.