Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
53 страница из 81
Yaltaqlanmağa başladı, oğlum bağışla məni, Ramiz barmaqlarıyla saymağa başladı – anasına: 1- ci, artıq Aylına ilişməyəcəksən, 2 – ci atamın ürəyi xəstədi bilirsən ama səndə o iman hardadır ki? atamı əsəbləşdirəcək hərəkətlər etməyəcəksən, 3 – cü Aylın bu evin üzvüdür beyninə sox qəbul et və qıza davranışını dəyiş toxunma ona, 4 – cü bu evdə çalışan insanları acılamayaçaqsan, əsasda Məlik dayıya hörmətlə yanaşacaqsan, anladınmı? 5 – ci, dilinə hakim olacaqsan duydunmu məni? əks halda bu səs atama çatacaq. İnan ki heç sənin gözünün yaşına baxmaram, dinlətərəm bütün danışıqlarını, bilirsən atam bunu eşitdiyində səni o günü boşayacaq, mənidə tamami ilə itirmiş olacaqsan, anladın sən. Anasına tərs – tərs baxıb otaqdan çıxdı, arvad əliylə sinəsini tutub Aylına qarğış etdi. Səni lənətə gələsən, mənimlə hər danışanı yazaraq şantaj edirsən? elə olsun, sən dayan mənim adım Sənubər olmaz bunu belə qoyarsam.
Ramiz otağa gəlib telofonu Kamilə qaytardı, yanında əyləşib – Aylına: bu dəqiqədən sonra daha sənə toxunmayacaq o, Aylın Ramizin çiyninə əlini qoyub dərindən nəfəs alaraq, – Ramizə: ananı acılamadın inşallah. Ramiz təcüblə baxaraq – Aylına: sıgalmı çəkəcəkdim ona bütün bu etdiklərindən sonra? Aylına xəcalət oldu. O sənin anandı səni çox istəyir, onun işi mənimlədir səninlə deyil, sən qarışma xayiş edirəm, Ramiz Kamilə baxdı nə deyəcəyini bilmədi. Kamil – Aylına: mənim ailəm səninlə tanış olmaq istəyir, söz verdim bir gün gətirəcəm səni bizə, o gün bu gün olsun, gedək mənimlə bizə bacımda var tanış olarsınız, oda sənin gəlməni çox gözləyir. Kamil Aylını özlərinə aparmaq istəyirdi ki, biraz evdən uzaqda qalsın başı qarışsın fikri dağılsın. Aylın – Kamilə: çox sağol, ailənə adımdan salamımı və təşəkkürümü çatdırarsan, qismətdirsə bəlkə bir gün gəlib tanışarıq yaxından. Kamil daha zor etmədi bilirdi qız çox kefsiz idi, Kamil – Ramizə: əlini elə qoymaq olmaz, mütləq həkim baxmalıdır yarası dərindir. Ramiz – Aylına: qalx canım üzmə məni gedək, çox qalmarıq tez qayıdarıq. Tanış həkimimiz var o baxsın əlinə, Aylın Ramizin sözünü yerə salmadı, həmdə evdən uzaqlaşmaq bəlkə yaxşı gələrdi ürəyinə az vaxlıqda olsa. Ramiz qolundan tutub Aylını oturduğu yerindən qaldırdı. Aylın gəldiyindən az yeyirdi, iştahmı qalardı adamda belə yerdə? olan qanınıda axıtmışdı, başı fırlandı gözləri qaraldı. Ramiz tez qolundan tutdu yardım etdi, anladı başı fırlandığını, – Aylına: yaxşısanmmı? – Ramizə: yaxşıyam narahat olma. Ramizin qolundan tutaraq, gedək gedəcəyimiz yerə, otaqdan çıxdılar ardlarıncada Kamildə çıxdı qapını örtdü.