Главная » Günahsız günahkar. Roman. Hissə – 1 читать онлайн | страница 56

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн

56 страница из 81


Sənubər oyana – buyana gəzirdi, acığından nə edəcəyini bilmirdi, telefonu götürüb kiməsə zəng etdi, alo səninlə görüşməyim lazımdır. Bu gün mütləq vaxt tab mənimçün anladınmı? biraz qulaq asıb, mən birazdan gəlirəm, telefonu söndürdü. Xidməni səslədi, maşını hazırlasın şoferə bildir gəlirəm, xadimə baş üstə xanım getdi şoferə bildirsin, arvarda əsəblə yuxarı getdi.


Kamil gil evə çatmışdılar, Kamil anasını səslədi ana biz gəldik. Nərgiz gəldi qaçıb Ramizin boynuna sarıldı uşaq kimi qucaqladı, – Ramizə: xoş gəldin Ramiz qardaşım, hardasan bir aydır gəlmirsən niyə? Ramizdə Nərgizi bağrına basıb qucaqlayıb öpdü. Xoş günün olsun mənim gözəl bacım, bax həmdə kimlə gəldim deyəcəkdi, Nərgiz qoymadı Ramiz sözünü desin – Ramizə: dur mən tapım kim gəlmiş bizə. Nərgiz Aylına baxdı, Kamil qardaşımın bəhs etdiyi qızdır Aylındır, düz tapdımmı? Kamil – bacısına: hə Aylındır düz tapdın. Nərgiz mehribanlıqla yaxınlaşıb Aylının boynuna sarılıb, – Aylına: ayy gərçəkdən şirinsənmiş, qardaşım o üzdən adını tez – tez çəkir evdə. Sevindim gəldiyinə xoş gəldin gözləyirdik səni. Aylında bir əli ilə Nərgizi bagrına basaraq – Nərgizə: çox sagol xoş günün olsun, haqqında eşitdim yol gələrkən qardaşlarından. Həqiqətəndə şirin istəməli bir bacısanmış, səninlə tanışmama məmmun oldum, Aylın zarafatla – qıza: gərçəkdən qardaşlarının fəxrisən çox sevirlər səni, özləri eşitməsinlər. Nərgiz gülümsəyərək, – Aylına: məndə oları çox istəyirəm, ara – sıra incidirəm məni gəzməyə aparın deyə aparmırlar. Kamilnən Ramiz bir – birinə baxdılar, Nərgiz elə dediyində. Səndə qardaşımın anlatdığı kimi gözəl qızsanmış, buyurun keçin ayaqda qalmayın. Kamil bacısına baxdı ki, sus hər şeyi açıb ağartma anlamında. Nərgiz – olara: mən indi anama xəbər verim gəldiyinizi getdi. Kamil divanı göstərərək – Aylına: əyləşin buyurun çəkinməyin, Aylın keçib əyləşdi. Ramiz – Kamilə: mənim telofonumun enerjisi bitir, – Ramizə: get qoy otağımda enerji yığsın, atan zəng edər sönülü olmasın telefonun.

Правообладателям