Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
57 страница из 81
Ramiz gedirdi Solmaz xanımla rastlaşdı, – Ramizə: ayy mənim yaraşıqlı oğlum xoş gəldin, qucaqlaşıb görüşdülər, necəsən oğlum? Ramizdə arvadı qucaqlayıb mehribanlıqla, yaxşı olmağa çalışırıq anam. Siz necəsiniz? arvad mehribanlıqla gülümsəyərək, – Ramizə: qurban olaram mən sizə, səni gördüm dahada yaxşı oldum oğlum, nə yaxşı gəldin darıxmışdım. Kamilədən soruşurdum niyə gəlmir deyə, – arvada: mən telofonumu enerji yığmağa qoyub gəlirəm, danışarıq anam. Arvad mehribanlıqla – Ramizə: get qoy oğlum, Ramiz getdi. Aylın Kamilin anasının gəldiyini görub ayağa qalxdı. Arvad gülər üzlə gəlib sanki çoxdan tanıyırmış kimi – Aylına: xoş gəldin qızım, səni çoxdan gözləyirdik sevindim gəldiyinə. Aylını qucaqlayıb öpdü, Aylında arvadla quçaqlaşıb görüşdü, – arvada: sağ olun Solmaz xala xoş gününüz olsun, məndə sizinlə tanışmama çox sevindim. Arvad mehribanca Aylının əlindən tutaraq oğluna baxdıb, – Aylına: sən gəldiyindən deyirik bizi tanış et qızı qonaq dəvət et. Ancaq cavanlar belədirlər, tamam deyirlər sonra unudurlar, Aylın kəsik əlini ardında saxladı ki, arvad görməsin. Aylın – arvada: dəfələrlə təklif etdi Kamil çox sagolsun, çox tərbiyəli mərəfətli evladlarınız var. Sizin adınızıda Ramizdən duydum, gözlərimin şahidi oldum gərçəkdən adlarınıza layiq seviləcək insanlarsınızmış. Duymaq başqa, gözlə şahid olmaq başqa demişlər, – Aylına: qarşılıqlıdır fikirlərimiz qızım, tanışdığımıza çox sevindim. Gülər üzlə mehribanlıqla – Aylına: buyur keç əyləş qızım, öz evin bil. Aylının sarıqlı əlidə gözündən qaçmadı, keçib əyləşdi. Ramizdə gəldi, Solmaz – Ramizə: səni bir aydı görmürəm oğlum gərçəkdən çox darıxdım, gəlsənə mənimlə qəhvə hazırlayaq ikimiz. Ramizdə anladı, nələr olduğunu soruşmaqçün çagırdığını özüylə mətbəxtdə, canım anam məndə darıxmışdım sizinçün gülümsədi, gedək yardım edim sizə mətbəxtdə getdilər. Aylın sıxılırdı, Kamil anladı narahat olduğunu, – Aylına: indi atamda gələcək, səninlə oda tanış olmağa istəyirdi çoxdandı. Aylın yavaş səslə – Kamilə: mehriban – hörmətçil ailən var, Allah sizi qorusun. Kamil – Aylına: çox sagol, sənidə valideyinlərin çox tərbiyəli – hörmətçil böyütmüşlər, olarında ruhları şad olsun. Aylın ailəsinin adını duyduqda, dahada sıxıldı – üzüldü. Kamil analadı Aylının yarasını təzələdiyini, – Aylına: bağışla səni incitmək istəmədim. Aylın – Kmilə: yox incitmədin narahat olma, məcburən alışıram artıq yoxluqlarına.