Читать книгу Günahsız günahkar. Roman. Hissə – 1 онлайн
59 страница из 81
Nərgiz Aylının əlini sarıqlı görüb, əlinə nə olub? Aylın əlinə baxıb – Nərgizə: ehtiyatsızlıqdan qab yuyarkən kəsdim. Aylın Kamilə baxdı ki, başqa söz deməsin Nərgizin yanında. Kamil dərindən nəfəs alıb kənara baxdı. Nərgizin ürəyi yandı Aylının əlinin kəsilməsinə – Aylına: ayy yazıq çox acıtmışdır, ehtiyat et birdə kəsmə tamammı? Aylın Nərgizə baxıb gülümsədi. Tamam olaram ehtiyatlı sən üzülmə, Nərgiz – qardaşına: Aylınla məni gəzməyə aparacaqsınızmı? Kamil bacısına kefsiz baxdı. Aylın tez cavab verdi Kamiln əvəzinə, – Nərgizə: nə hünərləri var bircəcik bacılarını aparmasınlar. Sən hara desən aparacaqlar, elə deyilmi qardaşı? Kamilə baxdı ki, qızın xətrinə dəyməsin. Kamil sevindi Aylının bir anlıq başqa bir şeydən danışaraq, fikrini dağıta bildiyinə görə. Kamil – Aylına: əlbətdə səndə gələcəksənsə gedərik, apararam hara istəsəniz. Nərgiz uşaq kimi şad oldu Aylına qısılıb qucaqladı, urra nə yaxşı gəzməyə gedəcəyik birlikdə, qardaşım hara desək aparacaq. Aylın Nərgizin çiynindən tutub özünə sıxaraq, şiltaqlığına baxaraq gülümsədi.