Главная » Acı həyat. Roman читать онлайн | страница 11

Читать книгу Acı həyat. Roman онлайн

11 страница из 89

Gülsüm dərsdən az vaxlıq cıxıb zəng etdi Mələyə, alo bacım necəsən? biraz qulaq asıb gülümsədi. Anladım kafedəsiniz, lap yaxşı bacım sizə gözəl istirahətlər, mən qaçdım dərsə. Tamam rəyis diqqətlə qulaq asacam dərsimə, öpüş göndərib gülümsəyərək, qaçdı dərsə.

Mələklə Dəniz kafedə oturmuşdular, qız afisant – oğlana: biraz tez olun zəhmət olmasa, çox acmışam. Mələk sakit oturub baxırdı olara, oğlan baş üstə xanım getdi tələsik. Mələyin özünə baxdığını görüb gülümsəyərək, —Mələyə: aclığa hec hövsələm yoxdur. Mələk zarafatla – qıza: inşallah tez gətirərlər yeməyini, əks halda afisantın coşmuş dalğlarında batma şansı yüksəkdir. Dəniz elə ürəkdən güldü ki, zarafatına. Ayy sən nə gözəl ürəklisən, özün bunu bilirsənmi? gərçəkdən günüm çox gözəl başladı səninlə. Mələk əlini üzünə çəkib – Dənizə: pis olub kimisə qırmaqdansa, birdən yenə Səlimi xatırladı. Özündən asılı olmadı üzünün ifadəsi dəyişdi, İnsan olmağa üstünlük verirəm. Dənız çayını içərək altdan – altdan Mələyə baxıb gülümsədi. Mələk – Dənizə: səni çox sevdiyim bir doğma insana bənzədirəm. Murad dayıma çox bənzədirəm, eyni onun kimi gülmələrin var. Dəniz nədənsə bir təhər baxdı belə dediyində, – Mələyə: yaxınındırmı? Mələk gülümsədi. Həmdə neçə yaxınımdır, kiçiklikdən tanıdığım dünyanın ən gözəl ürəkli insanlarından biridir. Eyni sənin kimi gülüşü var, birdən yenə xatırladı Səlimi, o eşşək nəvəsi heç bənzəmir babasına. Elə bil dünyanı bu yaradıb, bəlkədə ürəyindəndə keçər, portiretini çəksinlər bu nun ayaq üstə ədalı duruşuyla. Dünyanı filan bu yaratmış kimi, ancaq orası elə deyil əlbətddə. Mən o portiretə belə ad verərdim, qarşınızda dünyanın eşşəklərinin ən böyüyü Səlim bəy. Dəniz gülərək ağzını tutub baxdırdı, Mələk elə əsəbləşmişdi. Dəniz gözlərini silib, – Mələyə: bəlkədə daxilən yaxşı birisidir. Məsələn özünə qapalı insanlar olur, o üzdən dedim. Mələk üzünü turşudub, – Dənizə: amandı getsin hara istəsə qapansın. Eşşəyi beş dəqiqə görüb, beynimin içinə azreyil kimi dikilib dünəndən. Dəniz gülərək – Mələyə: aşiq olarsan sonra, çoxda fikrində saxlama, güldü. Mələk – Dənizə: inan dünya dağılıb onunla tək qalsaq bu həyatda, söz gəlişi deyirəm. Allahdanda əmir gəlsə yuxarıdan, indi ikinizsiniz Adəmlə – Həvva bu dünyada. Vallahi inciməsin məndən sözümə görə. Mən onun toxumunu yenidən dünyaya səpdirmərəm. Dəniz Mələyin əsəbləşib dediiyi sözə elə güldü ki, qıraqda otuanlarda baxdılar. Aman Allahım, bu məzəli sözlər səndə hardandır? Vallahi komediyaya baxanda mən bu qədər gülməmişdim. Afisant yeməkləri gətirib masaya düzdü. Başqa əmriniz xanımlar? Mələk – afisanta: zəhmət deyilsə mənə şəkərsiz qəhvə gətirsəniz, – Mələyə: baş üstə xanım, tez getdi. Dəniz çəngəli götürüb – Mələyə: çox icmə acı qəhvəni ziyandır. Mələk dərindən nəfəs alıb, – Dənizə: bu dünyada xeyirli nə var ki? məncədə heç bir şey. Dəniz anlayırdı, Mələk unverstetə qəbul ola bilmədiiyinə görə üzgün idi. Dəniz – Mələyə: səninlə yeməyimizi yeyək, sonra mənimlə bir yerə gələcəksən. Mələk xətrinə dəymədi, tamam gələrəm. Dəniz yeməkdən yeyib gülümsəyərək – Mələyə: hadi o zaman yeməyini ye, nuş olsun. Mələk çəngəli götürüb iştahsız bir tikə yemişdi, ağzı yandı. Zorla udqunub – Dənizə: səhər – səhər stiot nə idi, səhvmi gətirmişlər? of yandım, su icdi. Dəniz yenə gülməyə başladı, bağışla mən yandıranı sevirəm, yemək qablarını dəyişdi. Mələk sudan icib baxdı təçüblə. Dəniz gülürdü Mələyin özünə elə baxmasına.

Правообладателям