Главная » Acı həyat. Roman читать онлайн | страница 10

Читать книгу Acı həyat. Roman онлайн

10 страница из 89

Mələyin anası evdə əri ilə söhbət edirdilər, baxsana qızım gedəni bir sutka olmadı, mən darıxmağa başladım. Əri gülümsəyib, —arvadına: mənim qızım birdənədir. Sən get hələ Murad dayısının itindən soruş, yəqin gözləyir qızımı, güldü. Anası üzünü turşudub, – ərinə: of deməsənə iti, qızımda tutub itin burnundan öpür fuu, əri güldü arvadının sözünə. Anası dərindən nəfəs alıb – ərinə: nə oldu kredit məsələsi? ərinin üzünün ifadəsi dəyişdi, hiss olundu ki işi düzəlməmişdi. Arvad anladı, tez ayağa qalxıb – ərinə: mən bir yeməyə baxım, getdi. Atasına çox xəcalət olurdu qızının işinə yardım edə bilməməsi. Yazıq öz – özünə: elə bil bütün yollarım bağlanıb, hara getsəm hər şey tərsə gedir. Qızının üzülməsini əsla istəmirdi, yazıq gözünü bir nöqtəyə zilləyib fikirə daldı.

Beləcə sabah açıldı, Gülsüm dərsinə getmişdi. Mələk oyanıb saata baxdı, mən yatıbmı qalmışam? üstündən yorğanı atıb qalxıb getdi əl – üzünü yumağa. Vanna otağından çıxıb gəlib özünə qəhvə hazırlayıb əyləşdi. Anasından zəng gədi, tez telefona cavab verdi alo ana, biraz qulaq asıb gülümsədi. Salam ana yaxşıyam, siz necəsiz? atam nə edir yaxşıdımı. Birazda qulaq asıb – anasına: ana dedim axı artıq lazım deyil, kredit filana girişməsin tapşır. Narahat olayın yaxşıdı hər şey, hə verdim catdırdım Murad dayının göndərdiyinidə. Xatılayıb bir anlıq özünü toparladı əsəbləşsədə. Tamam ana deyərəm salamını, sizdə özünüzə yaxşı baxın ödüm. Telefonu söndürüb öz- özünə: başına dəysin çanta onun nəvəsinin, əsəblə qəhvəsindən götürüb içdi. Qapı açıldı içəri başqa qız gəldi. Mələk düşündü, yəqin buda Gülsümlə qalan otaq yoldaşı qızdır. Mələk ayağa qalxdı, qız gülər üzlə gəlib görüşdü. Xoş gəldin bizim Gülsümün Mələk bacısı. Mələkdə qızla görüşüb, kefi olmasada gülümsəyib, – qıza: xoş günün olsun. Qız özünü təqdim etdi, mən Dəniz. Mələk zarafatla – qıza: desənə dalğalarında adamları batıran Dəniz sənsənmiş. Qız qəh-qəhə çəkib güldü zarafatına, – Mələyə: yox bacım hələki batan olmadı. Keçib əyləşdilər, – Mələyə: de şəhərimizi sevdinmi? Mələk ağzını açınça yenə güldü, – Mələyə: Gülsüm dedi dünən olanları. Sən elələrinə fikir vermə, böyük şəhərimizdə hamı qanacaqlı – mərəfətli deyil əlbətddə. Sənədə bacım + bonusuyla çox əsəbi birisi rastlaşmış. Qalxıb özünədə qəhvə süzüb, – Mələyə: səni bu gün bacın mənə əmanət etdi, yəni özü gəlincə. Mənimlə çıxıb kafedə səhər yeməyəmizi atışdıraq birazdan. Mələk nə isə demək istəyirdi qız imkan vermədi, etiraz istəmirəm. Mələk zarafatla – qıza: şəhərdə evlərdə səhər yeməyinə qadağanmı var? qızın baxdığını görüb, anladım mütləq getməliyik kafeyə. Qız eyni Murad dayısı kimi gülər üz idi. Mələk fikirləşdi, insanlar bəzən yad olsalarda, necə biri – birilərinə bənzəyirlər. Dəniz – Mələyə: gərçəkdəndə çox zaraftçılsan, səninlə adam darıxmaz, gülümsədi.

Правообладателям