Читать книгу Acı həyat. Roman онлайн
13 страница из 89
O bir günün səhəri bazar günü idi, qapının döyülən səsinə Gülsüm getdi baxsın kimdir gələn. Mələk oturub Gülsümün dərslərinə baxırdı. Az vaxtdan Gülsüm Dənizlə qayıtdı. Mələk ayağa qalxıb qızla görüşdü, xoş gəldin Dəniz xanım. Dənizdə zarafatla – Mələyə: xoş günün olsun Mələklərin komedyalı mələyi. Mələk Dənizin zarafatına gülümsəyib, – Gülsümə: bacım sənin ləqəbin yoxdur incimə. Buyur əyləş, Dəniz kecib əyləşidi, masadakı dəftər – kitablara baxıb zarafatla, – Gülsümə: məndə keçdim bulardan. Gülsüm ofuldayıb, – Dənizə: off Vallahi beynim yorulur çox çətindir. Mələk – Gülsümə: ofuldamaq yoxdur bacım, ən azı 5 il beynində ancaq dərslərin olacaq. Gülsüm zarafatla – Mələyə: baş üstə rəyis, o zaman mən qəhvələr süzüm. Dəniz atıq anlamışdı, Mələk Gülsümə bacı kimi idi. Dəniz – Mələyə: bu gün bazardır, sabahdan mağazada çalışaçaq adam lazımdır. Məndən də cavab gözləyirlər, gəldim fikrini bilim. Gülsümdə gəldi qəhvələri qoyub, – Dənizə: bacım razıdır sabahdan işə çıxacaq. Mələk Gülsümə baxdı ki, özü söz demədən cavab verdiyinə görə. Dəniz sevindi, – Mələyə: bilirdim düzgün qərar verəcəyinə. Mələk nə isə demək istəyirdi, yenə Gülsüm cavab verdi, bacım mənim kimi deyil. Mən bəzən qərarlarımda qorxağam, ama bacım əsla yox, çox mərtdir. Mələk biraz baxdı, – Dənizə: tamam sabahdan işə çıxacam, ancaq bir sualım var işlə əlaqəli. Dəniz Gülsümə təşəkkür etdi, qəhvəsini götürüb içərək gözlədi nə deyəcəyini. Mələk dərindən nfəs alıb, – Dənizə: niyə maaş çoxdur? Dəniz təcüblənmədi suala. Gülsüm yenə baxdı bacısına təcüblə. Dəniz qəhvə fincanını masaya qoyub, – Mələyə: o mağazaya varlı insanlardan sifarişlır gəlir. O üzdən mağaza ad – sanıyla tanındığına görə, gəliridə çoxdur. Birdə bunu deyim, sifariş olunmuş buketləri gözəl hazırlayıb, ünvanlara göndərmən gərəkəcək. Gülsüm – Mələyə: bax dedimmi sənə axşamda, adlı – sanlı tanınmış bir mağazadır ki, maaşıda yüksəkdir. Mələyin nədənsə içində başqa narahatçılıq vardı, öz – özünə: nədənsə içimdə bu işə görə başqa sıxıntı var. Dəniz – Mələyə: bilirəm sənin içində olan sıxıntını, qoxursan təsadüfən gül mağazasına Murad dayının nəvəsi gələr, qəh – qəhə çəkib güldü. Mələk Dənizə elə baxdı ki, – Mələyə: bağışla canım xatırladıb kefini qaçırmaq istəməzdim. Gülsümdə kənara baxıb gülümsədi. Mələk əsəbləşdi, – Dənizə: o heyvan eşşək başıyla kiməsə gül almağamı gələr deyirsən? Vallahi həmən günü dünya fani olar. Yox – yox dünya fani olmaz, güllər önçədən hiss edib solarlar. Yazıq onun bəxdinə düşəcək qıza, özünən razı mərəfətsiz zibil. Dəniz yenə güldü, – Mələyə: bax canım həyat belədir. Harda istəmədiyin – xoşlamadığın birisi varsa, fırrayıb üzləşdirər təkrar səni onunla, onuda səninlə. Sınanmış atalar məsləhətidir deyim bil, həmdə tez – tez üzləşdirər. Yəni deyirəm hazırıqlı ol, yenə güldü ürəkdən. Mələk artıq söz demədi, kənara baxıb öz – özünə: inşallah Allahım birdə rastlaşdırmaz o eşşəklə məni. Gülsümdə qəhvəsini götürüb, Dənizə baxıb gülümsədi. Mələk olara baxdı, ikisidə ciddi durdular ki, əsəbləşməsin özdərinədə. Ancaq yenə altdan – altdan gülümsədilər. Mələk görüb kənara baxıb öz – özünə: düşdükdə dillərə.