Главная » Acı həyat. Roman читать онлайн | страница 15

Читать книгу Acı həyat. Roman онлайн

15 страница из 89


Beləçə bir ay ötdü keçdi, Mələk işinə alışmışdı artıq. İşdə də, əl qabilyətindən razı idilər. Çox ehtiyatla və səliqəli çlışıb sifarişləri hazırlayırdı. Günorta yanına Gülsümdə gəldi, güllərin qoxusu adamı bihuş edir bacım. Mələk əlində hazırladığı buketi qaldırıb baxdı, – Gülsümə: hə orası elədir bacım. Ançaq mən bu gözəl güllərin qoparılmalarının əleyhinəyəm, bilirsəndə. Gülsüm gəlib yanında dayanıb baxdı buketə, nə gözəl hazırlamısan bravo sənə. Mələk – Gülsümə: Uğur öyrətdi mənə, sağ olsun. O arada Uğur gəldi, artıq Gülsümüdə tanıyıdı, gəlib salamlaşıb keçib əyləşdi. Mələk – Uğura: yoruldunmu dostum? Uğur artıq Mələyin zarafatlarına öyrəşmişdi. Uğur – Mələyə: səndən öncə çalışan bir xanım vardı. Onunla çalışanda daha çox yorulurdum, əlinin yöndəmi heç yox idi buketi hazırlamağa. Gərçəkdən sən məni yorulmağa qoymursan dostum. Gülsüm Mələyi qucaqlayıb, – Uğura: mənim bacım birdənədir. Uğur zarafatla – Gülsümə: səndə bir dənə olub bizə qəhvə hazırlasanmı? Gülsüm – Uğura: aaa, qonağa dedyi sözə bax sən. Beləmi qonaq pərvərsən Uğur bəy? Mələk gülümsəyib, – Uğura: dostum adın hər addımında uğur gətirmirmiş. Qalx özün hazırla, Gülsüm üzündən öpüb —Mələyə: zarafatdı bacım. Dostunun bəxdi gətirdi sən varsan, indi sənə hazırlayanda onada hazırlayaram. Uğur Gülsümün sözünə baxıb gülümsədi, – Mələyə: axşama böyük sifarişimiz var. Bugün bütün gücümüzlə çalışmalıyıq, qəhvəmizi içək başlayarıq. Gülsüm qəhvələri hazırlayıb gətirib, birinci Mələyin qəhvəsin qoydu masaya. Sonra Uğurun qəhvəsini verdi, – Uğura: öncə xanımlaradır bilirsən. Uğur qəhvəni götürüb təşəkkür etdi, zarafatla – Mələyə: bacınıda işəmi alsaq? Mələk dönüb baxdı Uğura. Uğur gülümsəyib, – Mələyə: deyirəm qəhvələrimizi hazırlayardı. Gülsüm keçib əyləşdi, – Uğura: qəhvə hazırladığıma peşman etmə məni, zarafatlaşdılar. Mələk yorğun idi, – Uğura: bacım oxuyub bitirdikdən sonra unverstetini çalışaçaq, inçallah öz işi üzərə. Sifarişi sənmi çatdıraçaqsan? Uğurda yorğun görsənirdi. Of cox şükür sifarişi özləri alacaqlar, səhərdən ayaqlarımı hiss etmirəm ora – bura qaçmaqdan. Dəniz gəldi salam hər kəsə, salamını aldılar görüşdülər. Dəniz – Mələyə: Mələk maaşını köçürdüm kartına. Mələk birdən təcüblə baxdı, Dəniz gülümsəyərək, – Mələyə: buranın sahibiylə yaxınıq demişdim. O buralarda olmayanda, məndən xayiş edir işçilərə nəzarət etməyimi və maaş məsələsinidə. Hə birdə mən deməyə unutdum sənə, bizim işçilərimizlə belə bir anlaşmamız var. Biz karta 4 ayın maaşını bir yerdə köçürürük, sənində 4 aylıq maaşın keçdi kartına. Mələk – Dənizə: 4 ayınmı? mən hələ bir ay çalışdım, Dəniz gülümsəyərək, – Mələyə: mən müdürün qanununu poza bilmərəm. Nə deyilibsə məndə onu etdim canım, mənə elə baxma. Mələk Gülsümə baxdı, Gülsüm çiyinlərini cəkib beləymiş qanun deyə işarə etdi. Uğur əlindəki qəhvəsini içərək, altdan —altdan baxdı Dənizə. Dəniz yaxınlaşıb – Mələyə: gərçəkdən gözəl əl qabilyyətin var, bravo. Mələk buketi ehtiyatla vazaya qoyub, – Dənizə: bir daha təşəkkürlər sənə Dənizlərin fırtınası. Birdə çox sağolsun dosum Uğur öyrətdi hazırlamağı. Uğur qəhvəsini bitirib – Mələyə: təşəkkür mən sənə etməliyəm dostum, öyrətdiyimi tez qavradığınçün. Vallahi yöndəmi olmayana öyrətməklə deyil. Dəniz xanım sizədə təşəkkür Mələyi gətirdiniz. Vallahi o bir işçi xanımla çox yorulurdum. Dəniz gülümsəyərək, – olara: hər ikinizə görə şadam, təşəkkürə ehtiyac yoxdur. Gülsüm biz gedək mane olmayaq çalışsınlar. Gülsüm qalxıb Mələyin üzünədən öpüb, sizə Uğurlar. Mələk zarafatla – Gülsümə: zatən Uğur dostum yanımdadır, əksinə sizə uğurlar. Dəniz zarafatına gülümsədi, əl sallayıb getdilər Gülsümlə. Mələk – Uğura: sən çox yorğunsan dostum, dincəl mən həll edərəm. Uğur mərəfətli oğlandı, – Mələyə: olurmu elə şey? İkimiz birlikdə daha tez həll edəçəyik, ayağa qalxdı.

Правообладателям