Главная » Acı həyat. Roman читать онлайн | страница 8

Читать книгу Acı həyat. Roman онлайн

8 страница из 89

Mələk sahəyə Murad kişinin yanına gəldi, kişi görüb gülər üzlə qarşıladı. Gəl mənim gözəl qızım, nədir üzündəki bu sevincin səbəbi? bilmək olarmı. Mələk keçib əyləşdi otun üstə yerdən. Murad dayı bilirsən Gülsüm gedəni çox oldu, hec gəlmədi bura. Kişi dərindən nəfəs alıb – Mələyə: gəlibdə nə görəcək? əyyaş, tərbiyəsiz, atasınımı? düz edir gəlməsin. Mələk dərindən nəfəs alıb, – kişiyə: mən bir neçə günə gedirəm Murad dayı Gülsümə. Bilirsən darıxdıq çox, biri – birimizdən bu qədər ayrı qalmadıq. Kişi nə düşündüsə sevindi, – Mələyə: qızım hazır ora gedirsən. Mən sənə bir çanta hazırlasam, oğlum gilə catdırarsanmı? zəhmət olmaz sənə. Mələk – kişiyə: nə zəhməti Murad dayı? əlbətdə çatdıraram. Kişi razılıqla başını sirkələyib baxdı uzağa, fikirə daldı. Mələk kişini fikrindən ayıltmaq istəmədi, baxdı onun baxdığı tərəfə gülümsəyib.

Günlərdə beləcə gəldi keçdi, Mələk Gülsümə gəlmişdi paytaxt şəhərə. Gülsümün sevincinin həddi – hüdudu yox idi. Mələk zarafatla, – Gülsümə: canım baçım ləhçənidə dəyişmişsən. Gülsüm təkrar boynun qucaqlayıb, – Mələyə: canım bacım sənə elə gəldi dəyişməyib, necə varsa elədir. Mələk yol yorğunu idi, – Gülsümə: mən biraz yatacam. Gülsüm zarafatla, – Mələyə: yat bacım dincəl, sonra sənlə şəhərə gedəcəyik gəzməyə. Mələk elə bir gəzməyi sevən deyildi, Gülsümün xətrinə dəymədi, tamam çıxarıq. Sən qalan dərslərini həll et mən oyanınca. Gülsüm zarafatla – Mələyə: sən oyandıqda yardım etsənmi? cox güc olur mənə. Mələkdə zarafata, – Gülsümə: o zaman bacım sənə gəzmək yoxdur. Gülsüm tez cavab verdi balaca uşaq kimi, yox – yox özüm həll edərəm, sən get yat dinlən. Mələk üzündən öpüb, – Gülsümə: o zaman sənə zehin açıqlığı diləyirəm, özümədə şirin dev yuxusu, getdi. Gülsüm ardınca baxıb gülümsədi, elə sevinmidi ki Mələyin gəlişinə.

Правообладателям