Главная » Acı həyat. Roman читать онлайн | страница 81

Читать книгу Acı həyat. Roman онлайн

81 страница из 89

Beləcə günorta olurdu. Dəniz Gülsümə getmişdi ki, anasına birlikdı yenə yalan danışsınlar, olanları bilməsin yazıq qadın. Səlim siqaret çəkməyə həyətə çıxmışdı. Uğurda həkimlə otağında söhbət edirdilər, Mələk haqda.

Dəniz gəldi Uğurun evinə. Gülsüm qarşıladı, işarə etdi, neçədir Mələk? Dəniz pıçıltıyla – Gülsümə: birazda yola verməliyik. Gülsümün canını dərt bürüdü, baxdı üzgün. Gülsüm – Dənizə: nə deyəcəyik Roza xalaya? baxsana günorta yeməyini hazırlayır, gözləyir oları. Dəniz dərindən nəfəs alıb baxdı üzgün baxışlara, gəldilər mətbəxtdə. Arvad görüb sevindi – Dənizə: gəldinizmi qızım? xoş gəldiniz. Yeməyimizdə artıq hazırdır, pərişan oldunuz sizdə yollarda gecə, gedin əyləşin mən indi yeməkləri gətirəcəm. Qızım Mələk deyə səslədi, elə bilirdi qızıda gəlmişdi. Dənizlə Gülsüm bir – birinə baxdılar ki, yenə arvada nə yalan uyduracaqdılar. Bu arada arxadan Mələk – anasına: hay cann mənim gözəl anam. Dənizlə Gülsüm geri dönüb baxdılar Mələyə. Mələk ikisinində ortasından keçib gəlib anasını qucaqlayıb öpdü, ohh nə gözəl qoxur yeməklərin. Acam dünəndən, anasıda qızını öpüb bağrına basdı, can mənim balam qurban olaram. Hazırdı yeməklər, axşam maşın xarab olub yolda qaldınız dedi Gülsüm. Uğurda yorğundur, gedin əyləşin gəlirəm. Anası qucaqlayanda Mələyin canı acımışdı ancaq bildirmədi, – Mələyə: qızım sənin rəngində uçmuş baxsana. Gedin qızım indi mən sizi yedirdəcəm. Mələk gülümsəyib, təkrar anasının üzündən öpdü. Canım anam mənim, sənə Gülsümlə – dalğa xanım yardım edərlər masanı hazırlamağa. Geri dönüb özünə hələdə şok baxışlarla baxan Dənizlə, Gülsümə, işarə etdi ki, bildirməsinlər heçnə. Yanlarından keçərkən, ikisinində üzündən öpüb – olara: mən əynimi dəyişib gəlirəm, getdi. Gülsümlə, Dəniz yenə bir – birinə baxdılar təcüblə, anladılar Mələyin xəstaxanadan qaçdığını. Dəniz tez telefonunu çıxarıb Uğurla – Səlimə mesaj atdı. Arvad dönüb – olara: canlarım gəlin o zaman boş qabları aparın. Gülsüm hələ şokda idi, həmdə sevinmişdi canlarını qurtarmışdı Mələyin gəlişi. Dəniz Gülsümün qoluna vurub işarə etdi ki, özünə gəl, yalandan gülümsəyib gəldi arvadın yanına. Gülsüm ortalıqda qalmışdı, bilmirdi Mələyin ardıncamı getsin? yoxsa yardımmı etsin. Dənizin özünə işarə etdiyini görüb, gəldi yardıma.

Правообладателям