Главная » Acı həyat. Roman читать онлайн | страница 80

Читать книгу Acı həyat. Roman онлайн

80 страница из 89

Beləcə ağır gecənin sabahı oldu, üçudə oturmuşdular kalidorda. Dəniz oturduğu yerdə qardaşına qısılıb yatmışdı. Səlim bacısını özünə qısıb tutub fikirə dalmışdı. Uğur ayağa qalxıb, qapının yanına gəlib dayandı. İçərdən tibb bacısı çıxdı, – Uğura: birazdan həkim gəlib yoxlayacaq, sizə deyəcək xəstəmizi görmək olar ya yox. Getdi karidorla, Uğur tibb bacısının ardınca baxdı və, ehtiyatla qapını açıb girdi içəri. Səlim baxdı, Uğurun girməsi xoşuna gəlmədi. Dənizi oyatmamaqçün sakit dayandı.

Uğur gəlib Mələyin alnından öpdü. Mələk gözlərini açıb baxdı, – Uğura: dostum, – Mələyə: hay can dostum. Uğurun gözləri yaşardı, – Mələyə: qorxuzdun məni, birdə belə etmə tamammı? getmə bilmədiyin yerlərə mənsiz. Mələk anlayırdı Uğur çox həyəcan keçirmişdi, zarafatla – Uğura: dostum deyirdin mənimlə savaşa gedərdin. Bax kiçik bir savaşa düşdük səninlə, dediyin kimi düşmənlərimi 10 dəqiqəyə upakovka edə bilmədim. Əksinə sən həll etdin çoxunu. Uğur yaşarmış gözlərini silib, – Mələyə: səhvin var dostum sən, deməyə çətinlik çəkdi sözünün ardını. Mələk anladı istəmədi dostu üzülsün, – Uğura: boş ver xırda – para kəsikdir, oldu keçdi. Səndən bir xayişim var dostum, nə olar qaçırt burdan məni. Uğur gülümsəməyə çalışdı, – Mələyə: soz azacıq sıx dişinə qaçıraçam. Mələyin üzündən öpüb, az vaxdan həkim gələcək. Burda məni görsə, vır – vır edəcək dediyin kənt qarıları kimi. Mələk gülümsədi, tamam dostum çıx görməsinlər, Uğur təkrar üzündə öpüb çıxdı. Mələk öz -özünə: bağışla dostum, dişimə sıxa bilmərəm mən burda çox.

Правообладателям