Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 97

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

97 страница из 129

Aylın gülümsəyərək, – anasına: mmm bax indi dadını hiss etdim dadlıymış. Anamın əllərinə qurban olaram mən, əllərindən öpüb, telefonuna gələn mesajı oxudu. Dərindən nəfəs alaraq gülümsədi. Anası telefona tərəf baxıb – Aylına: qızım kimdəndir mesaj, tanıdığımdımı?

Aylın gülümsəyərək, – anasına: çox sevimlin Sərdar bəydəndir anacan. Anası gülümsəyərək, – Aylına: Sərdar bəy, bəy əfəndi oğlandır, onun yazmasından narazılığım yoxdur. Nicat etdiyi səhv hərəkətiylə, Aylının üzünü qara etmişdi anasının qarşısında.

Aylın çox üzülürdü, Nicatdan ayrı qalmışdı, günhakar özü idi. Dinləmədən, əsəblərinə hakim ola bilməməsi etdiyi səhvi, indi ikisinədə böyük dağ olmuşdu. Aylın məcbur anasından gizlətdi, mesaj Sərdardan deyildi, başqa adamdan olduğunu anlata bilməzdi.


Fazil şərəfsizi qandallarda bağlı çox pis vəziyyətə qalmışdı. Üzünü saqqal basmışdı, üstündəki paltarları cirklənib qoxurdu. Aylına sadiq çıxmış şofer ona göz – qulaq olurdu. Aylını gizlin mesajlarla məlumatlandıraraq, hər gün rəsimlərini yollayırdı.

Правообладателям