Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 11

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

11 страница из 129


Günorta olmuşdu, Nicat yuxudan oyanıb Aylınla oturmuşdu üz – üzə. Nə deyəcəyini bilmirdi, çox xəcalət çəkirdi qarşısında. Aylında susurdu, bu dahada Nicatın ürəyinə toxunurdu. Nicat – Aylına: canım məni cəzalandırırsan bilirəm, nə olar susma, bağır – çığır acıla məni. Bircə susma, nə olar etmə belə yalvarıram. Aylın dərindən nəfəs alıb – Nicata: bilmirəm unutdum, hansı millətdədir bu adət. Deyillər olar evlərinə yeni əşya və ya dəyərli bir şeylər aldıqlarında, evdə kiçik qanmayan uşaqlar varsa, əllərinə – əllərinə vururlar. Bilirsənmi niyə? Nicat üzgün baxışlarla baxaraq, başıyla yox deyə işarə etdi.

Aylın – Nicata: öncədən vurub acılayırlar ki, alan əşyalara ehtiyatsız davranaraq sındırmasınlar, dəyərini bilsinlər. Sındırdıqdan sonra vurmağın – acılamağın xeyri yoxdu. Çəkilən məsəl, Nicata daşa kimi dəydi. Ramizlə Dilqəm bir – birinə baxdılar. Nicat – Aylına: bilirəm bağışlanmayacaq böyük bir səhv etdim, Fazil …tələsinə düşdüm. Mən səndən son bir şans istəyirəm. Nə olar yalvarıram məndən üz döndərmə.

Правообладателям