Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 10

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

10 страница из 129

Fəda Ramizlə Dilqəmin əvəzinə şirkətdə çalışırdı. Nazlıda yardım edirdi, və artıq xəbərdar idi olanlardan, üzgün – narahat çalışırdı. Qapı döyüldü, içəri Bahar girdi əlində səbətlə. Nazlı Dilqəmin anasını görən kimi, tez yerindən qalxıb, – xala? gəlib arvatla görüşdü. Bahar Nazlıyla görüşüb, qızım açsınızdır iş qalıb başınızda. Fəda ayağa qalxıb, xoş gəldiniz Bahar xala, niyə siz əziyyət çəkdiniz?

Bahr – Fədaya: oğlum, Dilqəm danışdı olanları mənə, bu qızın başından qara buludlar nə zaman çəkiləcək? Allahım, qorxuram mən. Nazlı əlindən səbəti götürüb, masaya qoydu. Arvdın qolundan mehribanlıqla tutub otuzdurdu. Nazlı – Bahara: xala inşallah bir yoluna qoyacaqlar, narahat olmayın siz. Arvad ah – of çəkərək, oturduğu yerdən – Nazlıya: aç qızım ordakı yeməkləri düz masaya, gözümün önündə yeyin ki, işləməyə güçünüz olsun. Nazlı Fədaya baxıb gülümsəyib, səbətdən yeməkləri çıxarıb masaya düzdü. Fəda zarafatla – Bahara: Bahar xala necə demişlər? müharibə – müharibədir, ancaq yemək saaatı hamıçün qanun olaraq, vaxtında yeyilməlidir. Aravad qalxıb Nazlıya yardım etdi, – Fədaya: gəl oğlum gəl, yeməklər isti – isti yeyin, soyuduqda dadı olmur. Fəda gəlib əyləşdi, Diqəmin anasının necə qayğıkeş olmasına həsrətlə baxdı. Arvad öz – özünə danışırdı ah çəkirdi, ofuldayırdı, Aylının başına gələndlərə görə üzgündü.

Правообладателям