Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
39 страница из 129
Sərdar Aylınla işə gedirdi maşınıla, birdən qarşılarına başqa maşın çıxdı. Sərdar qəzadan qacmaqçün, çox çətinliklə maşını yolun kənarına çəkə bilidi, saxladı. Sərdar – Aylına: yaxşısanmı? qəfildən olan hadisəyə görə, Aylının qolu maşının qapısına dəymişdi. Canı acısada – Sərdara: yox bir şeyim, kimdir səhər – səhər bu kor heyvan?
Sərdar kəməri açıb qapını açıb yerə düşdü. Qarşıda qəzaya səbəb olmuş maşın dayanmışdı, içindən kimsə enmirdi. Sərdar nədənsə şüphələndi, Aylına işarə etdi ki, maşında qalsın. Əlbətddə ki, Aylın Sərdarın işarəsinə məhəl qoymadan, maşından endi. Sərdar əlini belindəki silaha hazır tutaraq, maşına tərəf addımlayırdı.
Maşının qapısı açıldı, Aylınla Sərdar baxdılar kimdir ehtiyatsız davranan. Maşından Ümidin düşdüyünü gördüklərində, ikisidə bir – birinə baxdılar təcüblə. Aylın tez yaxınlaşdı özünə tərəf gələn, – Ümidə: nə edirsən sən? belə ehtiyatsız maşın idarə edərlərmi. Yaxşısanmı? bir şeyin yox demi?
Sərdar qollarını bir – birinə keçirib baxırdı olara. Ümid – Aylına: sənə nə? nəyim var, nəyim yox başımın bəlası. Sərdara tərs – tərs baxaraq, – Aylına: yeni sevgilinə de ki, mənimlə gəlirsən indi. Ümidin ağzının – üzünün yaralandığı yerləri hələ bilinirdi. Aylın dönüb Sərdara baxdı, anlamadı Ümid nə deyirdi, hara aparırdı özünü?