Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 40

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

40 страница из 129

Sərdar yaxınlaşıb – Ümidə: bax Ümid, səni bir daha vurmayacağam, Aylına söz verdim. Səndəndə xayişim, sözlərinə diqqət etməyindir. Ümid nəfəs -nəfəsə yaxınlaşıb, – Sərdara: diqqət etməssəm nə edərsən ki? Aylın kimdir ki? ona söz verirsən məni vurmamaqçün. Sənin məndən qorxub, onu – bunu bəhanə etməyinə heç şaşırmadım. Qorxma özünü axıllı aparıb qarşıma çıxmasan, sənə əlimidə sürməyəçəm söz, göz vurub Sərdarın əsəblərinə toxunmağa çalışdı. Sərdar gülümsədi, – Ümidə: deyirəm mənə qarşı bu qədər mərhəmətli olmasanmı? Ümid bəy.

Aylın arxadan – Ümidə: Ümid bəsdir, tərbiyəssizlik etmə dedim sənə. Ümid dönmədən, – Aylına: sənə baxanda mən çox tərbiyəliyəm, bilirsənmmi niyə? sənin kimi hər gün başqalarının maşınında gəzmirəm. Aylın arxadan gəlib, Ümidin qolundan tutub üzünü çevirdi özünə tərəf. Aylın – Ümidə: sənin o ağzını vurub qanadaram, sözlərinə diqqət et, duydunmu məni?

Ümid – Aylına: oohh, çox qorxdum səndən Aylın. Aylın – Ümidə: işə gec oluruq, get evə qardaşım dəlilik etmə. Ümidi Aylının özünə qardaşım deməsi əsəbləşdirirdi. Ümid – Aylına: Allah etməsin sənin qardaşın olum, mən yuxumda belə görməyim. Sən indi mənimlə gəlirsən və soruşma hara deyə. Sən məndən qorxmursan, elə deyilmi? bayaq ağzımı qanadacağınlada hədələdin. Sərdar – Ümidə: məndən icazəsiz, Aylını harasa götürə biləcəyinimi düşünürsən? sən kimisən ki, səninlə harasa getsin. Ümid – Sərdara: bəs sən kimisən ki, səndən icazə alım? bu söz Sərdarı yaxşıca tutsada, özünü sındırmadı. Sərdar – Aylına: canım keç maşına əyləş işə gec qalırıq, səhər – səhər uşaqla davalaşmaq yaraşmaz mənə. Ümid – Aylına: hünərin varsa məni dinləmə. Sərdar – Aylına: Aylın keç əyləş maşına, tərs – tərs Ümidin gözlərinin içinə baxdı.

Правообладателям