Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 9

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

9 страница из 129


Nicata gevə həkim çağırıb, sakitləşdirici iynə vurdurub zorla yatızdırmışdılar. Ramiz gözünü çəkmədən Nicata baxıb nə isə düşünürdü. Qapını açıb içəri Dilqəm girdi, əlində qəhvə fincanıyla. Dilqəm gəlib – Ramizə: al iç qardaşım, yuxusuz qalmağımız gərəkir bilirsən. Ramiz qəhvəni götürüb – Dilqəmə: belə olamaz, bir plan qurmaq lazımdır. Dilqəm keçib əyləşib, dərindən nəfəs aldı. Dilqəm – Ramizə: bəzən mənə elə gəlir ki, hər üzümüzə açılan sabahımızda, fələk bizdən qabaq oyanıb, yeni – yeni planlar qurur. Bizimlə oyun oynayır, nə plan qursaq boşa çıxır, bizi məyus edə bilir, bravo.

Ramiz öz – özünə: mən o fələyində, obirinində var yoxunu… pis söz işlətdi əsəbindən. Dilqəm – Ramizə: Fəda bizim yerimizə şirkətə işə getdi. Bunula biz nə edəcəyik tək başımıza, düşündünmü? Nicatı işarə etdi. Ramizə Aylından mesaj gəldi, tez telefonuna baxıb oxuyub, cavab yazdı yolladı. Ramiz – Dilqəmə: Aylın gəlir birazdan, mesaj yolladı bildirdi. Diqləm başını narazılıqla sirkələyərək, yatan Nicata baxıb – Rmizə: Allahın yazığı gəlsin Aylına. İnan vallahidə bu qədəridə günahdır, yazıqdır o adam. Ramiz qəhvədən bir qurtum içib – Dilqəmə: bu dəfə özümüzdən heç bir plan qurmayacağıq. Aylın gəlsin birlikdə məsləhətləşib, o nə deyirsə razı olacağıq. Dilqəm belə tez Ramizin təslim olmasına baxa qaldı. Dilqəm – Ramizə: qardaşım nə oldu sənə? həmişə deyirdin Aylınsız həll edək. Ramiz – Dilqəmə: o dediyin fələk deyilən… qurduğu oyunlara, tək bir Aylın üstün gələ bilər. Anladınmı qardaşım? biz nə etsəkdə hər iş tərsinə gedir, dahada qarışır ortalıq. Bir baxsana düşdüyümüz halımıza? mən Nicata, Aylını Sərdar deyilən tipdən uzaq tut dediyimdə əksinə oldu. Gecə öz ağzımla, Aylını oteldə ona tapşırıb gəlmək məcburyyətində qaldım. Bu fələk nə …oyunlar oynayırsa, artıq şaşırmağa başlayıram. Dilqəm əlini üzünə çəkib baxdı, iynənin təsirindən sakit – sakit yatan Nicata. Ramizdə üzgün – yorğun baxışlarla baxırdı, çarəsiz qalmışdılar.

Правообладателям