Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 64

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

64 страница из 129

Nicat həyəcanlandı, xalası ürəyinin üstünə əlini qoyub, aman Allahım qızıma bir şey etməsin, hönkürüb ağıadı. Nazlı tez anasının yanında əyləşib, sakitləşdirməyə çalışdı. Nicat həyəcanlandı, biranda nə edəcəyini bilmədi. Nicat – Dilqəmə: hardaymış Aylın? hara gedirlərlərmiş demədimi?

Tez telefonunu götürüb Ramizə zəng etdi. Ramiz açmırdı, Nicat öz – özünə: aç bu zibili cavab ver. Ramizdən cavab gəldi, Nicat qorxmuş səslə – Ramizə: hardadır Aylın, yerini de mənə tez ol. Biraz qulaq asıb, nəə? sən nə danışırsan? əliylə alnını tutub geri yerinə oturdu, baxa qaldı.

Xalası Nicatın durumundan dahada qorxdu, qızım deyib çığırıb ağlamağa başladı. Nicatın gözləri yaşardı, – Dilqəmə: atası bu dəfə gərçəkdən ölüm əmrini vermiş Aylının. Alnını qoluna qoyub ağladı içini çəkə – çəkə. Dilqəm dönüb Nazlıya və hönkürüb ağlayan anasına baxdı. Allahım bu nə sınaq idi? Dilqəmin ürəyindən küt sancı keçdi. Aylına olan dostluq – insanlıq sevgisi, əvəzsiz idi. Dilqəm öz -özünə: bu qədər haqsızlıq ola bilməz, gərçəkdən günahdır Allahım etmə, gözlərindən yaş süzüldü. Nazlıda ağlamağa başladı anasını qucaqlayıb. Nicat yerindən qalxıb bağıraraq, dışarı qaçdı. Diqləm bir – birinə qısılıb ağlayan ana – balanı çarəsiz tək qoyub, Nicatın ardınca qaçdı.

Правообладателям