Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 65

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

65 страница из 129


Atasının ardınca maşınla gəlib dayandılar xarabalıq bir tikintinin qarşısında. Atası maşından enərək, qaçıb getdi Aylını saxlayan yerə tərəf, ardınca Ümidlə Ramiz qaçaraq getdilər.

Sərdarın halı qalmamışdı həyəcandan, arxalarınca yetişə bilmirdi, taqəti qalmamışdı. Yazıq qorxurdu! axlına pis şeylər gətirərək, kövrəldi. Sərdar yavaş səslə qapıya yetişib, canım nə olar məni tərk etmə, nə olar Allahım mənim canımı al, ona toxunma.

İçəri girdiklərində kimsə yox idi. Atası həyəcanla ətrafa baxdı, tez Aylın oturan yerə yaxınlaşdı. Qızını qoyub getdiyi yerdə çox qan izləri vardı, yerə dizləri üstə çöküb, əliylə qana toxunub baxdı. Atasının əli əsməyə başladı, dərindən – dərindən nəfəs alıb, peşman – üzgün baxışlarla baxdı. Ramiz gəlib qan izini gördükdə, az qala dəli olacaqdı bağırdı! Aylınnn. Qardaşı ikki əlləriylə başını tutub baxırdı, atasına və yerdəki qan izlərinə, göz yaşlarına boğudu, çarəsizdilər.

Razmizin Aylın deyib bağıran səsini Sərdar duyduğunda, qapıda yıxıldı, içini çəkə – çəkə ağladı yumuruqlarını yerə vuraraq.

Правообладателям