Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
63 страница из 129
Xalası – Nicata: nə oldu oğlum? əyləşib çayını götürüb, bir qurtum içdi. Nicat – xalasına: mesajım çatmadı Aylına. Xalası gülümsəyərək, – Nicata: yəqin enerjisi bitmişdir, narahat olma oğlum gələr bir azdan, qızımçün məndə darıxmışam. Sevdiyi yeməkləri hazırlaşımışam.
Nazlı gəldi Dilqəmlə əyləşdilər. Dilqəm Nazlının anasından utanırdı, çox nazik davranırdı həmişə gəldiyində. Anasıda Dilqəmin tərbiyəsinə – mərəfətinə dəyər verirdi. Anası – Dilqəmə: oğlum çayınızı için, birazdan Aylın qızımda gələcək, axşam yeməyimizi birlikdə yeyəcəyik. Dilqəm təşəkkür edib, çayını götürüb bir qurtum içməmişdi, telefonuna zəng gəldi. Baxdı Ramiz idi, tez cavab verdi alo qardaşım, nə duydusa, əlindəki çay fincanı yerə düşdü dağıldı. Hamı baxdılar, Dilqəmin üzünün ifadəsi dəyişdi. Dilqəm ayağa qalxıb, nəə? sən nə danışırsan qardaşım. Əliylə üzünü – boynunu silirək, Nicatala xalasına baxdı, telefonu qulağından qıraq çəkib, bilmədi nə desin, nə etsin. Nicat – Dilqəmə: nə oldu? elə bil şüphələndi, ayağa qalxdı. Nicat – Dilqəmə: Aylınla əlaqəsi varmı? Dilqəm üzgün baxışlarla baxaraq. Həyəcanlı titrək səslə, – Nicata: Aylını işdən çıxarkən atası qaçırtmış, indi onun ardınca gedirlər.