Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 66

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

66 страница из 129

Atasınında gözlərindən yaş gəlirdi, gözünə yaxında qoyulmuş kağız və kağızın üstünə qoyulmuş qol saatı sataşdı. Əli əsə – əsə saatı – kağızı götürüb baxdı xatırladı, saatı qızının qolunda görmüşdü. Çox peşman idi, saatına üzünü qısıb ağladı qızım deyə, atası alnını qızının qanı tökülmüş yerə qoyub, ağladı bağıraraq. Ümid yaş süzülən gözlərylə atasının yerdən qaldırdı. Artıq gec olmuşdular, Aylın vurulmuşdu və iz itirməkçün aparmışdılar. Atası oğlunu qucaqlayıb bağıraraq! qızım deyib elə ağladı ki, ürəklərə dağ çəkirdi ah – naləsi. Ramiz dəli kimi geri – geri addımlayaraq, qaçıb çıxdı ordan.

Dışarı çıxıb, yerə yıxılıb qalmış Sərdara baxıb öz – özünə: yox – yox sən ölə bilməzsən Aylın. Ramizdə Sərdarın yanında dizləri üstə çöküb ağladı, bu nə pis dərt idi, hər kəsi pərişan etmişdi Aylının ölümü. Sanki hər kəs, ən dəyərli bir şeylərini itirmişdilər əbədi olaraq.

Maşından enib Dilqəmlə Nicatda qaçaraq gəldilər, bunların hallarında anladılar gec olduqlarını. Nicat içəri baxıb, Aylın deyib qaçaraq getdi.

Правообладателям