Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 67

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

67 страница из 129

Nicat gəlib oğluna sarılıb ah – nalə çəkib ağlayan atasına baxdı, gözləri sanki yerindən çıxacaqdı, inana bilmirdi qızının qatili öz doğma atası olduğuna. Nicat yavaş addımlarla yaxınlaşdı, birdən yerə axmış qanı görüb pis oldu, dizləri üstə qan ləkələrinin üstünə çökərək, əllərini qana sürtərək ağladı. Titrək səslə, canım bunu mənə yaşatma, nə olar ölmə, nə olar. Nicatın ağlaşı, atasının qalan ürəyinidə əridirdi, qorxmuş – çarəsiz uşaq kimi oğluna qısılıb, hönkürüb ağladı. Ümid yerə tökülmüş bacısının qanına baxıb, içini çəkə -çəkə ağlayırdı. Hər kəs bir tərəfdə yıxılıb qalmışdılar, göy üzüdə elə qaralmışdı ki, sanki buludlarda göz yaşlarını tökəçəkdilər bu olan haqsızlıqlara. Yazıq Aylın hər kəsin qarşısında, günahsız – günahkar olmuşdu. Çox yormuşdu bu zalım həyat onu, buda qəmli bir son idi, ürəklərə dağ çəkirdi yoxluğuyla. Tez – tez çəkdiyi məsəl, sanki birazdan olaçaqdı. Tufan qopacaqdı yağış yağacaqdı, ancaq hər kəs Aylınsız islanacaqdılar. Bu qopacaq tufandan, atıq kimin qorxusu vardı ki? Sərdar ağlayırdı göy üzünə baxaraq.

Правообладателям