Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
68 страница из 129
Aylının yoxluğundan bir ay keçmişdi. Fazil alçağındanda o gündən xəbər yox idi, ortalıqlarda artıq görsənmirdi. Nicat xəstə yatırdı yataqda. Xalası zorla qaşıqla ağzına yemək versədə, yeyə bilmirdi halı qalmamışdı. Xalasıda üzülüb tamam əldən düşmüşdü, yazığın göz yaşları bitib tükənmirdi. Nicatçün, qızıçün, ayaqda zor qala bilirdi, Aylınsız hər şeyləri məhv olmuşdu.
Ramiz işə getmirdi, evdə qardaşıyla üzgün gözləri yaşlı, vaxtını keçirirdi. Telefonunada cavab vermirdi, qardaşı böyümüşdü. Ramiz fikirə dalır, uşaq gətirib oyuncaqlarını verirdiyndə fikirdən ayılıb, çarəsiz gülümsəyib, baxırdı. Tez bir anda da, üzünün ifadəsi dəyişirdi. Aylını xatırlayırdı, ürəyi qan ağlayırdı.
Dilqəm Nazlıyla şirkətdə Ramizsiz çalışırdılar, iş qalmışdı tək öftəsində, çox yorulurdu. Nazlınında, Dilqəmində, o gündən bu yana üzləri gülməmişdi. Aancaq işlə məşğul olaraq, çalışırdılar başlarını qatsınlar. Aylını axıllarından çıxarmaq əlbətddə qeyri mümkün idi, çarəsiz ayaqda qalmağa çalışırdılar.
Aylının anası gərçəkləri bldikdən sonra, atasını günahlandıraraq, qızının ölümünə səsbəb olmuş deyə danışmırdı, evdən getmişdi başqa evə. Ümid yazıq qalmışdı ortalıqlarda çarəsiz, bilmirdi anasıylamı qalsın, yoxsa hər gün Aylının atasına yazdığı məktubu oxuyaraq, tək otağında göz yaşlarını axıdan atasıylamı. Anasıda çox ağlayırdı, gecəsi – gündüzünə qarışmışdı. Yazıq ana illər öncə itirmiş düşündüyü qızının, eyni şəhərdə böyüyüb boya – başa çatdığını bilə bilməmişdi. Hardan biləydi? bu qəddarlığı körpə qızına edərdilər deyə. Ümid çox sınmışdı və peşman idi, vaxtında inamadığıçün özünü günahlandırırdı. Bacısının özünü acılamasını xatırlayıb, göz yaşlarını axıdaraq gülümsəyirdi, hər kəs axlını oynatmasada, bir şey qalmamışdı.