Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 107

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

107 страница из 127

Axıra Fəda qaldı, yaxınlaşıb başını qaşıyıb – Nicata: mən bilmirəm belə yerlərdə nə deyirlər. Nicat tərs – tərs süzdü, – Fədaya: bir söz deməyinə gərək yox sənin, qarşıda atan var o dedi əvəzinə. Vaxt gələr səndə öyrənərsən, nə deyillər Fəda. Fəda Nicatla əl sıxmadı, Aylına baxıb gülümsəyərək, əliylə sağ ol deyib çıxdı otaqdan.

Aydın idi hərəkətindən, işə atası zorla aparırdı yanında Fədanı. Nicat Fədanın ardınca əsəbləşdi, eşşək – heyvan, mərəfətsiz. Aylın – Nicata: bekara birinə oxşayır, canını işə Fəda edən biri deyil, atasıda narazıydı görünür. Fikir vermə, onuda beynimizə soxsaq, dəli olma qarntimiz var.

Şəfa Adamları ötürüb gəldi, Aylın xanım getdilər Fədadan başqa hər kəs. Nicat dönüb – Şəfaya: nə deməkdir, Fədadan başqa? Şəfa çiyinlərini çəkdi. Şəfa – Nicata: orda işçilərimizdən bir qızla söhbət edir dayanıb. Nə edim, qova bimərəm ki? Nicat əlindəki pafkanı masaya qoyub çıxmaq istəyirdi, Aylın səslədi, Nicat dur. Nicat Aylına baxdı, – Nicata: dedim dur getmə qarışma. Bəlkə tanıdığı biridir burda çalışan işçimiz?

Правообладателям