Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
110 страница из 127
Yanından Dilqəm keçərkən, qoluna ilişdirdi güldüyüçün. Dilqəm – anasına: ana baxsana vurur mənə. Ramiz Dilqəmin uşaq kimi söz daşımasına baxdı əsəblə. Anası – ikisinədə: düşün önümə, öndən gedin ki, ikinizidə gözüm görsün. İşçilərin qarşısından özlərini önünə salıb aparmalarına utandılar ikisidə. İşçilərdə altdan – altdan gülüşürdülər. Bilirdilər Ramizin səsli – küylü davakar olduğuna alışmıdılar artıq. Dilqəm – Ramizə: burasını heç düşünməmişdim qardaşım, işçiləri işarə edirdi. Ramiz – Dilqəmə: heç şaşırmadım qardaşım, evə çataq mən düşündürəcəm səni, getdilər anasının önünə düşüb ikisidə səssizcə.
Aylınla Nicatda gəlmişdilər evə, Aylın oğluyla oynayırdı otağında, canım oğlum mənim. Oğlunu öpüb qoxladı, cənnət qoxulum. Uşaqda böyümüşdü qanırdı, oyuncaqlarla oynayırdı. Qapı döyüldü içəri Nicat girdi, – Nicata: oğlumçün darıxmışdım. Nicat gəlib uşağı götürüb öpüb yuxarı qaldırdı. Aslan parçasıçün kim darıxmır ki? uşağ oynadaraq yatağa qoyub, qarnını qıdıqlayıb qolunu dişləyib, oynadı. Uşağında xoşuna gəlir gülürdü Nicat dişlədikcə, qıdıqladıqca. Nicat uşağın yanına uzanıb, götürüb yuxarı qaldırıb ucurtdu əlləriylə qarnından tutub. Nicat – uşağa: ucaq gedək buralardan uzaqlara, ormanlara, aslanlar olan yerə. Mənim aslanım hammısını parçalayar və ormanın ən birincisi olar, elə deyilmi? uşağı xoşuna gəlirdi oynadıqca özüylə. Aylın olara baxıb gülümsəyirdi, zarafata – uşağa: ormana gedincə öncə əyninə bəz taxmağıda unutmasın əmisi, Nicat səsli gülüdü Aylının zarafatına. Qapı döyüldü, qapını Cansu açıb, Aylın xanım sizi Afət xanım çağırır, – Cansuya: gəlirəm indi. Cansu – Nicata: Nicat bəy Sərdarı alım siz dincəlin. Nicat – Cansuya: yox mən burdayam qalsın mənimlə, oynayırıq biz aslanımla. Cansu qapını örtüb getdi, Aylın oğlunu öpüb qalxıb getdi. Niacat uşaqla oynasada fikri Aylında idi, dodağının yarası bilinirdi tam sağalmamışdı, Nicatı üzürdü bu çox.