Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
112 страница из 127
Aylın gəlib əyləşmişdi Afətin dizinin dibində, yazıq qadın görmürdü, Aylının dodağı yaralı idi qızı səbəb olub. Cansu gəldi, Aylın xanım Nicat bəyi yuxu tutmuş oyatmadım. Aylın – Cansuya: düz etdin, yazıq yorğunluqdan yatmış, xalası ah çəkdi, yazıq balam mənim. Özünü qandığından vardır onun üstündə bu yorğunluq, qızım mənə yardım et, gedim otağıma. Aylın qalxıb qolundan tutub apardı Afəti otağına, Cansu Aylının dodağına baxırdı. Aylında anlamışdı Cansunun sual dolu baxışlarından, nə olduğunun mərakındaydı.
Aylın Afəti otağına aparıb qayıtdı. Cansu Aylının yaralı dodağına baxdı. Aylın gülümsəyib, – Cansuya: bilirəm gəldiyimdən imkanın olmadı soruşmağa, Nicatla Ramiz davalaşdılar yenə səhər bura gələrkən, aralarına girdiyimdə Ramizin atdığı əl mənə dəydi. Bu an Nazlı arxadan səsləndi, – olara: məncədə ünvanına düz dəymiş, əllərinə sağlıq qardaşımın. Cansu əlini ağzına tutub baxdı Nazlıya. Aylın dönmədən – Nazlıya: hə Nazlı xanım, ürəyin rahat olsun dediyin kimi olmuş, Nazlı mətbəxtdə getdi. Aylın – Cansuya: bu ilaclarını qəbul edirmi? – Aylına: artıq demirəm, siz demisiniz qəbul etsin vaxdında. Aylın anladı Canusu nə demək istəyir, gülümsədi. Cansu siz düz olanı edin, fikir vermə ona tamammı? Aylın getmək istəyirdi Nazlı səslədi, dur deyəcəklərim var sənə.