Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 11

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

11 страница из 127

Ramiz – Dilqəmə: sən Nazlını sonuncu dəfə nə vaxt yeməyə çıxardın? – Ramizə: imkan oldumu ki qardaşım? – Dilqəmə: çıxın işdən sonra bu gün. Mən Nazlının anasına gedərəm, siz rahat çıxın. Dilqəm şad oldu – Ramizə: qardaşıma çox yaraşır belə təklifləri tez – tez etsə, dahada çox istiyərdik səni. Dilqəm zarafat edib güldü. Ramiz əlini üzünə çəkib – Dilqəmə: qardaşın bir dənədir qədrini bil, Ramiz bilirdi Dilqəmidə son zamanlar çox üzmüşdü bezdirmişdi, ona görədə belə deyirdi. Dilqəm başını narazılıqla sirkələyib, – Ramizə: mən gedim Nazlıya deyim, qardaşımız bizi bu gün yeməyə göndərir, həmdə öz şotundan. Ramiz zarafatla – Dilqəmə: unut qardaşım bir səhvdir etdim, zarafatlaşıb gülüşdülər. Dilqəm gəlib Ramizin boynunun ardından tutub, alnını Ramizin alnına dirəyib – Ramizə: aslan qardaşım mənim. Ramizlə zarafatlaşıb, getdi Nazlının yanına. Ramiz Dilqəmin ardınca baxıb gülümsəyib, kresloya söykənib oturdu, gülsədə – zarafatlaşsada, fikrində olan bəzi başqa şeylər rahatlıq vermirdi ona.

Axşam olmuşdu, Dilqəm Nazlıyla yeməyə çıxmışdılar. Ramiz Nazlının anasının yanına gəlmişdi, yanında əyləşib başını arvadın dizlərinə qoyub sakit dayanmışdı. Uşaq kimi hər saçlarına çəkilən sığala ehtiyacı vardı. Anasının yoxluğu çox sıxırdı onu, Afətdə mehribanlıqla Ramizin saçlarını sığallayırdı. Bilirdi Ramizin Aylına etdiklərini, ancaq Aylının Ramizi nə qədər çox istədiyinidə bilirdi. Ramiz Afətin əlindən öpüb üzünə tutudu, arvat görməyən gözləriylə uzaqlara baxıb fikirə getmişdi. Ramiz baxmayaraq Nicatlada davalaşmışdı, Nazlının anasının xətrinə xatırlamamağa çalışırdı olanları. Nicata olan nifrəti dəyişməmişdi, bunu Afət xalasıda yaxşı bilirdi, görməsədə. Ramizin üzünü – ürəyi hiss edirdi, xətrinidə çox istəyirdi, o üzdəndə o haqda söz demirdi.

Правообладателям