Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
16 страница из 127
Nazlı Dilqəmin üzünə baxmadan, anladım canım. Dilqəm – Nazlıya: canım sən məndən incidinmi soruşduğumçün? bu sənə inamsızlığımdan deyildir. Mən sadəcə səni qorumaq və həyatım böyunca mənim olmanı istəyirəm, mən sənsiz yaşaya bilmərəm, bilirsən bunu artıq. Nazlı – Dilqəmə: yox incimədim, sən haqqımda nə bilmək istəyirsənsə, soruşa bilərsən. Dilqəm – Nazlıya: çox sağol canım, bilmək istədiyim heçnə yoxdur artıq. Mən səni tanıyıram, artıq gərək yox başqa şeyləri soruşmağıma. Nazlı nədənsə Dilqəmin üzünə baxdı, bir anlıq nə isə düşündü. Dilqəm Nazlının hər baxışından anlamağa çalışırdı onu, bir kəlmə soruşmadan.
Nicatla Aylında evə gəlmişdilər. Nicat Aylın yorğundur deyə, tez atasının yeməyini siniyə qoyub apardı otağına. Aylın mətbəxtdə gəldi, tezliklə Nicatda gəldi. Nicat – Aylına: əyləş canım, aslan parcam necə yatdı qucağımızda yolda, yoruldu iş ortağımız gülümsədi. Aylının əyləşmədiyini görüb – Aylına: mən verdim onun yeməyini sən əyləş. Mən qulluq edəcəm, çox yoruldun bu ğün səndə, Aylının qolundan tutub zorla əyləşdirdi. Aylın – Nicata: utandırma məni, işin bütün yükü sənin üstündədir, gəl əyləş mən indi, Nicat Aylının sözünü kəsdi. Etiraz istəmirəm, Ayın xanım xayiş edirəm narahat olma, ikisinədə çay süzüb masaya qoydu. Yeməyində altını alışdırıb əyləşdi, – Aylına: mən yorulmuram canım narahat olma. Artıq sən varsan yanımda, gücü səndən alıram. Nicat dediyi sözü Aylın xoşlamaz deyə, tez düzəliş verdi, o kiçik aslan parçasındanda nə qədər enerji alıram bir bilsən. Aylın çayını götürüb içdi, – Nicata: orda dur bir dəqiqə, sənin o aslan parçan bizim bütün olan enerjimizi canımızdan alır. Niçat Aylının sözünə səsli güldü, Aylının yorğunluq gözlərindən axırdı.