Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 13

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

13 страница из 127

Dilqəm – Nazlıya: canım masada sevmədiyin bir yemək varsa de, sifariş edək başqasını. Nazlı – Dilqəmə: hər şey çox gözəldir canım, restoranın bütün yeməklərini yığdırmısan masaya. Dilqəm – Nazlıya: canım nə yaxşı ki səninlə rastlaşdım mən, səni tanımağımla – sevməyimlə çox xöşbəxtdəm. İnan sözlə ifadə etmək mümkün deyil, sən başqa varlıqsan mənimçün. Nazlı – Dilqəmə: səndə mənimçün, utanıb yenə baxışlarını qaçırtdı, Dilqəm dodağını dişləyib, Nazlıya baxıb gülümsədi. Diqəm – Nazlıya: canım yeməklərin dadına bax, gör bəyənirsənmi? Nazlının utandığını görüb, dur mən sənə qulluq edim canım. Nazlının boş qabına yeməkləridən qoyub, mənim ən sevdiklərimdir bunlar, bəlkə ağzımın dadını bilmirəm, bax bəyənəcəksənmi.

Nazlı Dilqəmə təşəkkür edib, çəngəlini götürüb yeməkdən götürüb yedi, ağzında yavaş – yavaş çeynəyərək, yeməyin dadını anlamağa çalışdı. Dilqəmin gözü Nazlıdaydı, Nazlı yeyib dadını anladı – Dilqəmə: mm, çox dadlıdır canım, ağzının dadını bilirsənmiş. Dilqəmdə yeməkdən yeyərək – Nazlıya: mən bunlarsız məhv olaram, anam duymasın. Nazlı gülümsədi, – Dilqəmə: sən anandan gizlin bura yeməyə gəlirsənmiş?

Правообладателям