Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
12 страница из 127
Dilqəm Nazlını restorana gətirmişdi, masa sifariş vermişdi əvəlcədən, restoranın işçisi qarşılayıb masalarına dəvət etdi ikisinidə. Dilqəm Nazlının əyləşməsinə yardım edib, özüdə yerinə keçib əyləşdi. Nazlıya baxıb gülümsədi, afisant yaxınlaşıb salamladı, – Dilqəmə: Dilqəm bəy sifarişləriniz az vaxtdan masada olacaq. Masadakı şərab şüşəsini açıb, bakallara şərab süzüb getdi. Dilqəm Nazlının sıxıldığını hiss edirdi, – Nazlıya: canım sən niyə narahatsan? anana görədirsə yanında Ramiz var, tək deyil. Nazlı – Dilqəmə: yox onan deyil, sadəcə belə yerlərlərdə oturmağa alışıq deyiləm. Dilqəm bakal şərabını götürüb – Nazlıya: alış canım artıq mənimləsən. Səninlə bu gözəl gecəmizçün içək, Nazlı şərab bakalını götürüb yavaşdan toqquşdurdular. Dilqəm şərabdan içib bakalı masaya qoydu, Nazlıda azca içib qoydu bakalını masaya. Dilqəm – Nazlıya: çıxmağımız yaxşı oldu canım, işdə sənə doyunca baxa bilmirəm, belə üz – üzə səni daha aydın görürəm.
Nazlı utandı, baxışlarını qaçırdı Dilqəmdən, Nazlının bu utanmaları Dilqəmə xoş gəlirdi. Nazlını canından çox sevirdi, Diləqm gülümsəyib, Nazlını seyr edirdi. Afisantlar əllərində yeməklərlə gəldilər, gətirib hər şeyi masay yerləşdirdilər səliqə ilə. Afisant – olara: nuş olsun, başqa əmriniz varmı Dilqəm bəy? Dilqəm – olara: hələki yoxdur, çox sağolun. Afisantlar razılıqlarını bildirib getdilər.