Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
17 страница из 127
Nicat qalxıb yeməyin altını keçirdi, boş qablara yemək çəkib qoydu Aylına, özünə, dolabdan salatlarda götürüb masaya qoydu. Nicat atasına qulluq edib öyrənmişdi, masaya hər şeyi tez bir anda düzdü, çəngəl qaşıqlarda qoyub əyləşdi. Aylın təşəkkür etdi, – Nicata: əllərinə sağlıq. Deyirəm biz bir restoran filanmı açsaq? – Aylına: nuş olsun canım, restoranmı? mənim heç anlayışım yox o işdən. Aylın gülümsəyib, – Nicata: əslində var Nicat bəy, baxsana 3 dəqiqəyə masa hazır oldu.
Nicat anladı Aylının nə demək istədiyini, gülümsəyib, – Aylına: qulluğunda hazıram Aylın xanım, sən istəsən restorandada çalışaram. Aylın yeməkdən bir qaşıq ağzına aparıb, – Nicata: amandı dostum hələ birini həll edək, restoran filan qalsın başqalarına. Nicat gülümsədi, Aylının daxilən zəyiflədiyini anlayırdı. Aylın birinci tanıdığındakı kimi deyildi, o vaxtları Aylın həm daxilən, həmdə xaricən çox güclü idi. Nicatda yeməyini yedi artıq bir söz demədi. Aylına mesaj gəldi, Aylın telefona baxıb gülümsədi. Nicata rəsimi göstərdi telefonu ona tərəf tutub, Nicat Nazlının rəsimini görüb sevindi. Canım bacım mənim, bunlar restorandadırlarmı?