Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
19 страница из 127
Aylın otağa gəlib əyləşmişdi, qapı döyüldü yavaşdan, Aylın tez gözlərini sildi ki Nicat ağladığını görməsin. Nicat icəri girib gəldi, Aylının qarşısında yerə çöküb baxdı. Aylın Nicatdan yaşlı gözlərini artıq gizlədə bilmədi, çünki qarşısında çöküb dayanmışdi dizlərinin üstündə. Nicat Aylının gözlərinin yaşını sildi əlləriylə, – Aylına: bağışla düşünmədən dedim, bağışla məni üzdüm sənə ananı xatırlatdım. Aylın – Nicata: mən onu heç vaxtı unutmadım ki? məni üzən onu xatırlatman olmadı, Nicat Aylına baxdı. Aylının gözlərindən yaş süzüldü üzünə – Nicata: məni üzən, sənin bu qədər mərhəmətli insan olmağına baxmayaraq, zalım həyatın mərhəmətindən kənar qalmandı. Nicat dərindən nəfəs alıb, Aylına baxıb gülümsəməyə çalışsada, bir ixtiyar gözləri doldu. Özünə görə bu qədər mərhəmət duyub göz yaşı axıdanı olmamışdı həyatında, xalasından başqa. Aylın Nicatın boynuna sarılıb, ağladı səsini içinə salıb oğlu oyanmasın deyə.
Niacat Aylını birinci dəfə idi ki, belə qorxmadan, çəkinmədən, heçnə düşünmədən özünə bərk – bərk sıxıb tutudu. Of canım of, sənində ürəyin mənimkindən az mərhəmətli deyil, biz ikimiz nələr çəkmədik ki bu zalım həyatdan? mərhəməti əksik qaldı, heç istəmirəmdə artıq. Tək bir istədiyim var, onu məndən almasın başqa nə mərhəmətini, nədə başqa şeyini isəmirəm. Aylının saçlarının qoxusunu aldı saçlarına üzünü sürtərək, Aylını buraxmaq istəmirdi qollarından. Aylın Nicatın üzündən öpüb, əlləriylə üzündən tutub, – Nicata: sənin o bir istəyinə çatmançün azacıq özünü toparlayıb ürəyindəki sirrini mənə açsan, inan əlimdən gələni edərəm sənin o arzuna çatmançün. Canımıda verərəm sənə gərəkirsə inan, təki sən istəyinə çat, başqa heçnə istəmirəm. Niçatda Aylın əllərini tutub öpüb üzünə tutudu, – Aylına: bilirəm canım verərəsən şüphəm yoxdur, o canına qurban olum sənin. Ancaq o mənim ürəyimdə həyətımın son gününə qədər qalacaq bir arzudur, sirrdir deyə bilməyəcəyim. Aylının axlına Nicatın atası gəldi. Nicatın tək bir doğmasıydı ki, həyatında var idi atasının bundan xəbəri olmasada. Aylın – Nicata: söz verirəm o arzuna çatacaqsan, əllərini Nicatın üzündən çəkib gözlərini sildi.