Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
36 страница из 127
Nazlının anası ağladı üzünü tutub, – Bahara: məni heç təqdim etməzdilər inciməzdim, mən anlayardım oları, nədən belə etdilər, nədən axı. Hönkür – hönkür ağladı yazıq içini çəkə – çəkə. Bahar qucaqladı Afəti, özüdə ağladı – Bahara: mən artıq olara mane olmayacam. Get qızıma elədə de, xayiş edirəm səndən sonuncu dəfə, getmiş xöşbəxt olsunlar, mən anayam pis olmasını istəmərəm. Mən qızıma neçə illərdir yük oldum, yazıq başqaları kimi nə gəzə, nədə istirahət edə bildi mənim üzümdən. Artıq ona yük olmaq istəmirəm, küsmürəmdə. Bahar xanım elədə çatdır qızıma get, gəlməsin məni düşünməsin, artıq rahat yaşasın. Mən bu evdə özümü idarə edə bilirəm, kimsəyə yük olmaq istəmirəm. Get Bahar xanım tək qoyun məni. Bahar Afəti qucaqlayıb, buraxmadan ağlayırdı onunla bərabər. İçi yanırdı onunda Afət qədər, oğlunun həyatı məhv olmuşdu, xəbərsizdi yazıq qadıncığaz olanlardan. Bilmirdi ki, qızına zalım fələk oyun oynamış, pis xəstəliyə düçar etmişdi. Bahar Afətdən çox yanaraq ağlayırdı, çünki gərçəklər içini yandırıb qovururdu.