Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 37

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

37 страница из 127


Aylınada iynə vurub yatızdırmışdılar. Ramiz yanında oturmuşdu ki, Nicat yaxınlaşmasın Aylına. Ancaq alınmırdı yanında qalması özünündə. Nicat Nazlının yanında olanda, Ramiz Aylının yanında olurdu. Ramiz Nazlıya getdiyində, Nicat gəlib oturudu Aylının yanında. Nicat telefonunu çıxarıb dayəyə zəng etdi. Cansu xanım Sərdar yaxşıdırmı? atamada yemək ver unutma, nə isə lazım olsa mənə zəng et, tamam gözün Sərdarın üstündə olsun. Telefonunu söndürüb cibinə qoydu, Aylın gözlərini açıb baxdı Nicata. Aylının ayıldığını görüb, – Aylına: canım yaxşısanmı? qorxutdun məni.

Aylın qalxmağa çalışdı Nicat qoymadı, qalxma canım sakit ol. Aylın narahat oldu ürəyi sıxıldı, oğlum, Nazlı, deyib qalxmağa istədi, Nicat sakitləşdirdi tutub. Uşaqla Cansu var narahat olma, indicə danışdım. Nazlıda yatmış, qalxma sən biraz dincəl. Aylın elə pis olmuşdu ki, – Nicata: mən niyə oyandım axı? Allahım nə olar yuxu olsun bu günkü günüm, kövrəldi. Niçat tez Aylını qucaqladı sakit ol canım, bir gün bu pis yuxudan oyanacağıq və bu günü heç yaşamamış kimi ömrümüzdən siləçəyik. Hər şey yaxşı olacaq, Aylın qalxmağa cəht göstərsədə, halı yox idi. Nicatda onu özünə sıxıb sakitləşdirməyə çalışırdı. Aylın içini çəkə – çəkə ağladı. Bu nədir mən çəkirəm, yetmədimi çəkdiklərim? Allahım nə günah işlədim mən.

Правообладателям