Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
34 страница из 127
Aylın Dilqəmin ardınca baxa qalmışdı, bir necə dəqiqə öncə ona söz vermişdi bacara bilməyəcəyi işə. Aylın ürəyində küt bir ağrı hiss etdi, nəfəsini ala bilməyib qaldı, əliylə ürəyinin üstündən tutdu. Dilqəm icəri girdiyində Ramiz çıxdı qapıdan, Aylının ürəyini tutub qaldığını görüb, bir an baxa qaldı ona. Nicat başını tutub divara qısılıb qalmışdı, görmürü Aylının üzünü. Aylının nəfəsi gəlmədi, ağrıdan beyni keyləşdi, gözləri qaraldı nəfəsi gəlmədiyiçün, özünə baxan Ramizi gözü seçmədi. Yıxılacaqdı, Ramiz qaçaraq gəlib tutudu, Aylın qollarında düşdü. Nicat Aylının yıxıldığını görüb, ayağa durub tez qaçıb gəldi, bir anda Ramizlə bir – birinə baxdılar. Nicat istəmirdi Ramiz qollarına alsın Aylını, Ramizdə Nicatın toxunmasını heç istəmirdi Aylına. Ramiz Aylını qollarına alıb səslədi, Aylınnn. Aylından səs gəlmədi, Nicat qaçdı həkim çağırdı, həkim qacaraq gəldi baxdı, – Ramizə: tez ardımca gətir. Ramiz tələsərək apardı Aylını qucağında həkimin ardınca.
Hər kəs pərişan idi olanlardan, Dilqəmin anası Nazlının anasının yanında idi. Nə deyəcəyini bilmirdi qalmışdı çarəsiz, nə deyəydi? qızın ağır xəstəliyə tutulmuşdu sözünü necə dilinə gətirərdi? Baharın ürəyi param – parça olmuşdu. Bəlkədə ömründə yaşadığı ən ağır günlərdən biridə bu gün idi. Bahar xanım saat necə oldu? – Afətə: saat 9 olub. Yazıq təcübləndi, görməyən gözləriylə baxdı səs gələn tərəfə. Afət – Bahara: bəs Nazlı niyə gəlmədi? Dilqəmlə yeməyəmi çıxıblar? Baharın gözlərindən yaş süzülürdü. Afət xanım elə bil hiss etdi Baharın ağladığını, həyəcanlandı. Bahar xanım qızım hardadır? Bahar bilmirdi nə uydursun, nə desin ki, üzülməsin bu halıyla yazıq qadınçığaz. Bahar xanım sən ağlayırsanmı? nə oldu, niyə danışmırsan? qızıma nə oldu? aman Allahım qızım deyib, tələşlandı Nazlının adını çəkərək.