Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 33

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

33 страница из 127

Aylında Dilqəmi qucaqlayıb – ona: möhkəm ol dostum, möhkəm ol sağalacaq inan, söz verirəm sənə hər şey edəcəyik. Bax görəcəksən sağalacaq, bu qədər haqsızlıq olarmı? olar hə zalım dünyadı, bizə üzümüzü güldürməyən zalım dünya. Ancaq biz onun zalımlığına qarşı gedəcəyik bir olub. Dilqəm – Aylına: mən onsuz yaşamaram, mən sənin kimi güclü deyiləm, eşidirsənmi? yoxdur artıq gücüm, məhv oldu hər şeyim, Aylına Dilqəmin bu sözləri daş kimi dəyirdi. Dilqəm – Aylına: ona bir şey olursa söz ver məni vuracaqsan, söz ver, nə olur məni onunla birgə məzara qoyacaqsan, mən bunu başqasından yox, səndən istəyirəm qonşum. Dilqəmin gözləri qızarmışdı ağlamaqdan. Aylının gözlərindən yaş sel kimi axırdı, Dilqəmin buynundan ikki əlləriylə tutub – Dilqəmə: söz dostum, sağalda bilməssəm dediyini edəcəm. İndi toparla özünü Nazlının yanında ağlama, danışdıqmı? qıza dayaq lazımdır bizdən, anladınmı? Dilqəmin boynundan tutub sirkələdi. Dilqəm anladınmı dostum məni, eşidirsənmi? Dilqəm içini çəkə – çəkə dərindən nəfəs alaraq, başıyala hə deyə işarə etdi, danışa bilmirdi. Dilqəm – Aylına: çox sağol dostum varsan, məni biraz rahatladın söz verib, artıq qorxmuram. İnan ki qorxmuram, bilirəm onunla olacam söz verdin mənə sən. Aylın Dilqəmin gözlərinin yaşını sildi əlləriylə, üzünə yavaşdan şillə vurub – Dilqəmə: get yanında ol, sənə ehtiyacı var. Dilqəm uşaq kimi qoluna gözlərini – burnunu silib, getdi icəri Nazlının yanına.

Правообладателям