Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
38 страница из 127
İçəri Ramiz girdi, Aylının Nicatı qucaqlamasına əsəbləşdi. Aylın görüb – Ramizə: nə olar insafın olsun vur öldür məni, qoyma zülümdə məni öldür, öldür, ağladı hönkürüb. Ramiz pis oldu Aylının elə deməsinə. Gəlib Nicatı kobutca Aylından ayırıb, tez özü qucaqladı. Nicat Ramizi vurmamaqçün özünü zor tuturdu, yeri deyildi. Aylın Ramizə sarılıb ağlayırdı, çarəsizdi. Aylının axlında Nazlı idi bu an, unutmuşdu belə Ramizlə aralarında olmuş inciklərini. Ramiz Nicata acığa, Aylını qucaqlayıb öpürdü boynundan, saçlarından, üzündən, alnından, – Aylına: mən burdayam canım. Ürəyim gəldim qorxma, kimsəyə bir şey olayacaq sakit ol. Nicat Ramizin Aylını öpüb qucaqlamasına dayana bilmədi, çıxdi geti otaqdan.
Aylın zorla yerindən qalxmağa çalışdı, Ramiz Aylına yardım etdi qaldırdı. Aylın – Ramizə: mən Nazlının yanında olmalıyam, çox halsızdı, hələdə ürəyində ağrı hiss edirdi. Ramiz Aylını qucağına alıb – Aylına: mən yardım edərəm canım, apardı Nazlının yanına.
Nicat Nazlının yanına gəlib, ayaq üstə dayanıb baxdı üzgün baxışlarla. Gözünün önündən getmirdi Ramizin Aylını öpməsi, oxşaması, özündən bi ixtiyar qısqanırdı, yumuruqlarını sıxıb tutudu. Dilqəm yatmış Nazlının yanında oturub, halsız – halsız gözlərini zilləmişdi Nazlıya.