Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
60 страница из 127
Aylın – Nicata: mən xayiş etmişdim kimsə bilməsin. Nicat öz – özünə: vay dostum xalamdan yaxşı kəşviyatçı çıxarmış, o qədər vaxtda ağzından söz qaçırmamış. Ona görəmi sən olmayanda rahat – rahat dayanırdı? arayın tapın demədən. Aylın dərindən nəfəs alıb – Nicata: xalan başqa insandır, əvəzssizdir. Nicat Aylını bərk – bərk özünə sıxıb qucaqladı, – Aylına: səndə əvəzsizsən canım mənim çün. Qucaqlaşıb dayandılar, çox yorğun idilər, ikisidə biri – birinə söykənib dayanırdılar zorla, Nazlıya gələn bədbəxtçilik məhv etmişdi yazıqları.
Səhər açılmışdı, Nicat gözlərini açıb baxdı, üz -üzə özüylə yanında yatmış Aylını görüb xatırladı. Axşam qucaqlaşıb yuxuya getdiklərini, Aylının yatışını seyr edərək gülümsədi. Aylın yatırdı oyanmamışdı, Nicat çox istəyirdi Aylını öpüşləri ilə oyatsın. Ancaq bu gizli sirr idi ürəyindən keçən, burnunu üzünə, saçlarına yaxınlaşdırıb qoxladı. Axlı gedirdi sarılıb sevişərək, heç buraxmazdı özünün ixtiyarında olsaydı. Aylında gözlərini açıb baxdı Nicata, – Aylına: sabahın xeyir canım. Aylın Nicata baxdı düşündü, birdən yerindən qalxdı səksənib, oğlum deyib tələsik otaqdan çıxdı. Nicat ağzını açıb bir kəlmə deməyə imkan tapmadı.