Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
57 страница из 127
Aylın Nicatla masanı hazırlamışdılar, hər kəs masa ətrafına əyləşib yeməklərini yeməyə çalışırdılar. Kimsənin iştahı yox idi, Cansuda əyləşmişdi Aylın gilnən masa arxasında. Cansu oları darda qoymamışdı, Sərdarın yanında qalmışdı. Aylın Nicata baxdı, Nicat zorla yeməyini yeyirdi, gözləri bağlanırdı yorğunluqdan. Aylın Nicata işarə etdi ki, qalxsın yatsın. Nicat bu dəfə Aylının sözünə qarşı gəlmədi, masadan qalxıb – hamıya: sizə nuş olsun mən biraz yatacam, xalasının üzündən öpüb getdi. Xalası – Nicata: Allah rahatlıq versin oğlum. Aylın-xalasına: Nicat çox yorulur, hər işə özü qaçır məni qoymur. Xalası dərindən nəfəs alıb – Aylına: əsil kişi qadının qayğısına qalmalıdı qızım. Nicatdan mən çox razıyam, – xalasına: məndə anam. Allah ondan razı olsun, bu arada Cansuda sağ olsun yardımcımız oldu gəlib. Cansu çox mədəni və yerini bilən qadın idi, – Aylına: bu mənim işimdir Aylın xanım. Mən uşaqları sevirəm, alışdım artıq heç yorulmuram olardan, manejdə oturmuş uşağa baxıb gülümsədi. Uşaq əlindəki oyuncaqla oynayırdı, Aylın oğluna baxıb gülümsədi. Afət xanım özü yeməyini yeyirdi, Aylın Afətə baxıb bir anlıq üzüldü, xəbəri yox idi olanlardan yazığın. Bircəcik qızına küsmüdü, özünü tərk edib gedən sanırdı. Aylında çox yorğun idi, Cansu – Aylına: Aylın xanım siz Sərdarı aparın yatdırın, mən masanı toplayaram sonra. Aylın-Cansuya: yox canım mən o qədərdə yorğun deyiləm, təşəkkür edirəm çox sağol. Afət Cansunun danışığından anlamışdı, yaxşı insan olduğunu. Yeməyini bitirib ağzını sildi dəsmalla, – Aylına: əllrinizə sağlıq qıızım, dadlı olmuş. Aylın – Afətə: nuş olsun anam, mən indi çaylarımızıda gətirim. Ayağa qallxmaq istəyirdi Cansu qoymadı, əyləşin Aylın xanım mən gətirərəm indi, ayağa qalxıb getdi mətbəxtdə.