Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
64 страница из 127
Ramiz tez getdi Dilqəmlə Nazlıya şad xəbəri vermək üçün. Aylınla Nicatın qucaqlaşmasına bir o qədərdə reaksiya vermədi. Gərçəkdəndə bu elə bir an idi ki, insan qarşısında olan düşmənini belə qucaqlayardı sevincindən. Niçatın sanki son gücü idi canında qalan. Aylının boynunu buraxmadan – Aylına: sənə demişdim, mən gücümü səndən alıram. Nə olar qal mənimlə biraz belə, buraxma məni. Aylın hiss etmişdi, Nicatı buraxsa yıxılacaqdı. Aylın – Nicata: tamam yanındayam, buraxmıram qorxma, üzündən öpdü Nicatın. Nicat Aylının saçlarına burnunu -üzünü dayayıb dayandı səssiz, çox üzülmüşdü yazıq.
Ramiz Nazlının yatdığı otağa gəldi, Dilqəm yanında əyləşmişdi, Nazlının əini alnın dayayıb dayanmışdı səssizcə. Ramiz Nazlıya baxıb gülümsədi, gözəl bacım mənim, yaxınlaşıb alnından öpdü. Nazlı Ramizin xətrini çox istəyirdi, Dilqəm yorğun – üzgün baxışlarla Ramizə baxdı. Ramiz Dilqəmin boynuna sarılıb, qulağına yavaşca pıçıldadı, qardaşım donur tapılmış. Dilqəm Ramizə baxırdı gözlərini qırpmadan, eyni Aylında olan şokdan idi Dilqəmdəkidə. Ramiz – Nazlıya: sənə donur tapılmış canım, çox şükürlər olsun. Nazlının gözləri yaşardı danışa bilmədi. Dilqəm ayağa qalxıb Ramizin gözlərinin içinə baxdı. Ramiz – Dilqəmə: düz eşitdin dardaşım, donurumuz tapılmış zəng edib bildirdilər. Dilqəm də danışa bilmədi, Ramizin boynuna sarılıb səssiz – səssiz hiçqıraraq ağladı, Ramizin ürəyi pis oldu. Dilqəmin kürəyinə əlini vuraraq sakitləşdirməyə çalışdı, – Dilqəmə: keçdi qardşım, keçdi sakit ol. Dəli rüzğarın gətirdiyi qara bulutlar idi, sonunda üstümüzən əsdi gurladı keçdi, çox şükürlər olsun Allahıma. Ramizdə ağlamamaqçün özünü zor tuturdu, Dilqəm ağladığını Nazlı görməsin deyə, Ramizin boynunu buraxmırdı. Ramizdə bunu çox gözəl anlayırdı, Nazlıya Dilqəmi işarə edib, gülümsədi.