Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
63 страница из 127
Aylın Ramizdən təkrar soruşmağa belə qorxurdu, qorxurdu ki səhv eşidərək və üzüləcəkdi. Ramiz Aylının çiyinlərindən tutub, – Aylına: deyirəm Nazlıya donur tapılıb, az öncə zəng edib bildirdilər. Aylın elə bil nəfəs almağa unutmuşdu. Ramizin dediyinin gərçək olduğuna əmin olduqdan sonra, dərindən – dərindən nəfəs alaraq baxdı. Gözləri doldu – Ramizə: gərçəkdənmi? Ramiz anladı Aylın şokdaydı. Nazlının xəstələndiyi gündən bu yana çox üzülmüşdü. Ramiz – Aylına: hə canım, bu gözəl xəbəri birinci səninə paylaşmaq istədim. Aylın Ramizə sarılıb ağladı, çox yorulmuşdu yazıq, elə bil dünyanı hədiyyə etmişdi Ramiz bu xəbərlə Aylına.
Ramiz Aylını qucaqlayıb özünə sıxıb tutdu bərk – bərk. Nicat kənardan oların nə danışdığını duymamışdı. Aylının Ramizə sarılması heç xoşuna gəlmədi. Ramizin üzü Nicata tərəf idi. Ramiz o arada qalmadı əməlindən geri. Aylını qucaqlayaraq saçlarından öpdü, qoxladı. Nicata baxdı kinli və acıq verən baxışlarla.
Aylın birdən Ramizdən ayrılıb, Nicata tərəf qacdı. Nicata yetişib yavaş səslə, Nazlıçün donur tapılmış, şükürlər olsun. Aylının həyəcadan səsidə batmışdı sanki. Nicat elə sevindi ki, – Aylına: bu yuxu deyil, elə deyilmi? Nicatında gözləri doldu bir anda. Aylın Nicatı daha çox anlayırdı, – Nicata: məndə elə sanmışdım, ama gərçəkdi. Nicatla Aylın biri – birilərinə sarıldılar, bu şad xəbər oları çox sarsıltmışdı. Nicatın sevincindən gözlərindən yaş süzülürdü. Aylını bərk – bərk qucaqlayıb, öz – özünə: çox şükürlər olsun Allahım sənə.