Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 61

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

61 страница из 127


Aylın həyəcanla gəldi otağa, oğlunun mışıl – mışıl yatdığını görüb dərindən nəfəs aldı. Aylının yerində Cansu yatmışdı, yaxınlaşıb Cansunun üstünü örtdü ehtiyatla. Cansunu oyatmamaqçün ehtiyatla otaqdan çıxrdı, qapıda Nicatla üz – üzə oldular. Aylın Nicatın sinəsinə əlini qoyub, geri çəkdi ehtiyatla – Nicata: sus yatsınlar. Cansu yanında yatmış oğlumun, yazığıda çox yorduq. Nicat Aylının sinəsinə dayamış əlinə baxıb gülümsədi. Aylın əlini tez sinəsindən çəkib getdi. Nicatda gülümsəyərək, Aylının ardınca getdi.

Ramiz şirkətə gəlib işləri yönəltirdi, Dilqəm Nazlıyla xəstaxanada olurdu. Ramiz gəlib yerində əyləşib, telefonunu açarlarını masaya qoydu, əllərini üzünə çəkib düşündü. Telefonunu götürüb kiməsə zəng edib, gözlədi.


Aylın Nicatla evdən çıxırdılar, Nicat maşının qapısını açıb Aylının əyləşməsini gözlədi. Aylının telefonuna zəng gəlirdi. Aylın telefonunu çıxarıb baxdı, üzünün ifadəsi dəyişdi. Nicat anladı kimdir deyə – Aylına: nə istəyir səhər – səhər? onsuzda kefimiz yoxdur. Aylın Ramizə cavab verdi alo, maşına əyləşdi, Niçat qapını örtüb gəlib sükan arxasında əyləşdi. Aylın biraz qulaq asıb – Ramizə: bağışla gələ bilmərəm, bilirsən məndə öz şirkətimdə çalışmalıyam. Nicat maşını işə salıb qaza basdı, – Ramizə: bizimdə durumumuz eynidir bilirsən. Nazlı bizimçündə candır, qandır, bizdə sizin kimi qaça – qova çalışırıq, birtəhər yola ver işini. Aylın telefonu söndürüb – Nicata: Ramiz idi, – Aylına: bildim o olanı, nə istəyirdi? Aylın dərindən nəfəs alıb – Nicata: yardım istəyirdi. Mənim şirkətə gəlib çalışmamı xayiş edirdi, qalanını eşitdin nə dedim. Nicat maşını idarə edə – edə – Aylına: ondan uzaq olmağa çalış canım, manyakdır o manyak. Dinc dayanmır, qaşınır ki qaşınır. Nicatın əsəbləndiyini görü, b Aylın yan şüşədən dışarı baxdı susaraq. Nicat maşının sürəətini artırdı, getdilər.

Правообладателям