Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 56

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

56 страница из 127

Ramiz yeməyini qarışdıra – qarışdıra gözlərini bir nöqtəyə zilləyib, fikirə getmişdi. Dilqəm – Ramizə: nə fikirləşirsən qardaşım? Nazlıya donur tapılacaq, elə deyilmi? Ramiz fikirdən ayıldı, – Dilqəmə: əlbətddə qardaşım, şüphən olmasın. İnşallah tapılacaq yaxında, hər yerə xəbərdarlıq edilmiş. İnşallah tez bir zamanda tapılacaq inan mənə, yeməyini ye ki, Nazlıya dəstək ola bil. Sonra yanında özündən gedib yıxılma. Dilqəm yeməyini yedi çətində olsa, Nazlı axlından bir anda olsa çıxmırdı.

Anası əlində boş siniylə gəldi, Ramiz baxdı ki, boş siniylə gəldi anası. Yazıq arvad əlindədə elə tutmuşdu ki sinini, sanki çaylar filan vardı. Anası o qədər şaşmışdı fikirdən, əlindəki sinin boş olduğunu anlamamışdı hələdə. Ramiz tez ayağa qalxıb, gəlib anasının alnından öpüb, sinini əlindən götürdü. Anası siniyə baxıb anladı nə etdiyini ağladı, Ramiz anasını özünə sıxıb tutdu qucaqlayıb. Dilqəm anasına baxdı üzüldü dahada, anasıda dərtdən başını itirmişdi. Qalxıb anasına yaxınlaşıb, Ramizdən alıb qucaqlayıb – anasına: canım anamız, bərk – bərk qucaqlayıb anasını bağrına basdı. Anası elə pis olmuşdu ki, orda Nazlının anasından olanları gizlətməkdən, burdada oğlunu pərişan görməsi. Nazlınında xəstəliyə dücar olması evini yıxmışdı. Oğlunu quçaqlayıb ağladı, yazıqın ürəyi dolu idi, hönkürərək elə ağlayırdı oğlunun saçlrına sığal çəkə – çəkə. Ramiz pis oldu, kənara gedib gözlərini yumub dayandı. Dilqəmində gözlərindən axan yaş, anasının boynuna damcılayırdı.

Правообладателям