Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
66 страница из 127
Aylın yerində qalmışdı donub baxa, Nazlının dediyi söz çox təsir etmişdi Aylına, Ramizədə Nazlının elə deməsi çox qəribə gəlmişdi. Nazlı Aylını anasına qısqanırdımı? Ramiz – Aylına: gedək canım, Aylın Ramizə baxdı. Ramiz – Aylına: sən fikir vermə, Nazlı ağır bir xəstəlikdən döndü bilirsən, şokdan hələ yazıq özünə gəlməyib. Aylın əliylə üzünə çəkib baxdı, deməyə söz tapmadı, Ramizə çıxdılar otaqdan getdilər.
Nicat evdə Sərdar qucağında gözləyirdi Nazlının gəlməsini. Xalası – Nicata: oğlum nədən narahatsan sən? Nicat xalasına baxıb gülümsədi. Heç xalacan Aylını gözləyirəm, xalası gülümsəyərək, – Nicata: çox istəyirsən Aylını, gəlişini həyəcanla gözləyirsən. Nicat – xalasına: xala Aylını məndəndə çox sən istəyirsən, elə deyilmi? xalası gülümsəyərək, – Nicata: Aylın mənim işıq üzünə həsrət qalmış gözlərimin nurunu əvəz edir oğlum. Nicat – xalasına: Nazlı duymasın qısqanar xalacan, Nicatın söz ağzından bilmədən çıxdı. Nicatında belə deməsi bir qəribə oldu, xalasının üzünün ifadəsi dəyişdi Nazlının adını duyduqda. Xalası – Nicata: oğlum sən məndən nə isə gizlədirsənmi? Nicat sakit dayanıb dodağnı dişlədi. Xalası – Nicata: əğər bura Nazlı gələcəksə və ya gəlmək fikrindədirsə, əvəlcədən deyirəm gəlməsin. Bax birdə deyirəm, getdiyi yerdə qalsın gəlməsin tamammı? – xalasına: niyə elə deyirsən xalacan? Allahda bağışlamağı sevir deyən sən deyildinmi mənə. Xalası – Nicata: mən onu istəmədiyimdən demirəm gəlməsin, gəlməsin məni unutsun, getdiyi ailəyə uyğunlaşın. Artıq onun ailəsi olardadı və olara qulluq etsin, məni düşünməsin. Nicat narazılıqla başını sirkələyib baxdı, – xalasına: xala nə olar belə demə, Nazlı səni unutmadı inan. Nazlı səni canından çox istəyir bilirsən, xalası mənalı üz ifadəsiylə gülümsədi, – Nicata: şüphəm yoxdur oğlum. Sadəcə məni düşünməsin, xöşbəxt olsun yetər mənə. Nicat anlayırdı xalası Nazlıdan incimişdi dilində deməsədə, – xalasına: hə Nazlı gələcək Aylınla bura bir azdan.