Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
68 страница из 127
Nicat uşaqla gəldi oların qarşısına, Nazlı uşağı görüb sevindi, aman – aman kim gəlmiş məni qarşılamağa. Uşağı Nicatın qucağından almadan, öpü üzündən. Nazlı zəyifləmişdi xəstəlikdən sonra halsız idi, qorxurdu qucağına uşağı almağa. Anası Nazlının səsini eşitdi, ürəyi elə döyündü ki özündən bi ixtiyar, özləmişdi qızını çox dili yox desədə. Arxadan Ramizlə, Dilqəmdə, gəldilər. Nicat Ramizi sevməsədə, yeri deyildi biri – birilərinə girəcək. Ramiz uşağı Nicatın qucağından alıb, gəl oğlum, qucaqlayıb öpdü.
Aylın artıq Ramizin kapriziylə oynayacaq halda deyildi, bir tərəfdən Nazlının başına gələn gerçəyi deməliydi anasına. Bir tərəfdəndə axlından Nazlının dediyi söz çıxmırdı, Nicat anladı Aylının üzünün ifadəsindən, başqa nə isə olmuşdu. Nicat Nazlıya sarılıb qucaqladı, xoş gəldin canım bacım evinə, bir daha getmə bizdən. Nazlıda Nicatı qucaqlayıb təşəkkür etdi. Nicat Aylına baxdı çox üzgün idi. Aylın Ramizin qucağındakı oğluna baxıb gülümsəməyə çalışdı. Nicat Nazlının əlindən tutub apardı anasına, hər kəs oların ardınca getdilər.